Qadınlara qeybətcil deyirlər. Di gəl ki, dedi-qodu məsələsində kişilər nəinki qadınlardan geri qalmır, hələ onlardan xeyli qabağa da gedirlər…
İngiltərədə aparılan araşdırma kişilərin qadınlardan fərqli olaraq daha sürətli və daha çox dedi-qodu etdiklərini üzə çıxarıb. Belə ki, 3 min insanın iştirak etdiyi araşdırma zamanı kişilərin onlara sirr kimi tapşırılan bir xəbəri yalnız 3 saat saxlaya bildikləri müəyyən olunub. Qadınlarda isə bu müddət 40 dəqiqə uzundur: onlar 3 saat 40 dəqiqə sirr tuta biliblər.
Kişilərin bu qədər sürətli və çox dedi-qodu etmələrinin səbəbi isə sosial şəbəkələrdir.