Kişilər qadınlardan iki dəfə çox xəyanət edir

Baxış sayı: 1. 218

Kişilər qadınlara nisbətən iki dəfə daha çox xəyanət edirlər. Bu nəticəyə gəlmək üçün mütəxəssislər ən az bir ildir evli olan və ya sevgilisi ilə birlikdə yaşayan 1024 kişi və 1559 qadın arasında sorğu keçiriblər. Araşdırmanın nəticələrinə əsasən belə məlum olub ki, 6 il davam edən evlilik müddətində kişilərin 40, qadınların isə 20 faizi qarşı tərəfə xəyanət edir.

Mütəxəssislərin fikrincə, evə xanımlarından daha az pul gətirən kişilər özlərini başqa qadınların yanında sübut etməyə çalışırlar. Yəni, xanımlarından az qazanan kişilərin xəyanət etməkdə əsas səbəbi özlərini sübut etmə cəhdidir.

Bu yöndə aparılan araşdırmalar həm də onu sübüt edir ki, evə ərindən daha çox pul gətirən qadınlar da xəyanətə meylli olurlar. Bunun səbəbi isə qadının artıq maddi baxımdan kişidən asılı olmadığını anlaması və hər yöndə bu azadlığın dadını çıxarmağa can atmasıdır.

Qadınların fikrincə, əgər evə həyat yoldaşından daha çox pul gətirən kişi bu hərəkəti etməyi özünə yaraşdırırsa, qadının da bu halda xəyanət etməsi təəccüblü qarşılanmamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir