qadın

Kişilər üçün ideal qadınsınızmı? – TEST

Baxış sayı: 2. 738

Sevdiyin kişinin yanında olarkən?
a) Axmaq bir şey deməmək üçün susursan
b) Həmişəkindən daha yüksək səslə danışıb gülürsən
c) Sakit oturub baxışları ilə söhbət etməyə çalışarsan

.
Sevdiyin kişi köynəyi ütüsüz halda vacib iş görüşünə gedir. Bu zaman sən nə edərsən?
a) Köynəyini ütüləyib getməyini deyərsən
b) Köynəyi onun üçün ütüləyərsən (Çünki o da eyni şeyi sənin üçün edər)
c) Təlaş keçirməyinə gərək yoxdur. Köynəyi dünən gecə ütüləyib qoymusan

.
Rəfiqələrinlə kinoya baxmağa gedirsən. Lakin son anda sevgilin zəng vurub səni görüşə çağırır. Bu zaman nə edərsən?
a) Dostlarına kinoya baxmağı başqa vaxta keçirməyi təklif edərsən. Çünki onun üçün çox darıxmısan
b) Sevgilinin yemək təklifini qəbul etmərsən. Çünki rəfiqələrinə söz vermisən və bu sözü heç kimə görə dəyişə bilmərsən
c) Rəfiqələrinə başının ağrıdığını deyib, sevgilinlə yeməyə gedərsən

.
Sevdiyin kişi ilə sevişdikdən sonra sənə fikrini soruşanda nə cavab verərsən?
a) Sıxıcı idi, niyə yalan deyim ki?
b) Mükəmməl, niyə yalan deyib onun qəlbini qırım ki?
c) Normal idi deyib, gələn dəfə daha yaxşı olmasını istəyərsiniz

.
Sevgilini görüşə çağırmısan, lakin o yarım saat gecikib.
a) Ona incə bir şəkildə gülümsəyib, onu tərk edərsən
b) Ona kimisə bu qədər gözləməyi xoşlamadığını və bir daha gecikməməyi deyərsən
c) Problem deyil, çünki hər dəfə mən gecikirəm

.
Bosun istirahət günündə də işləməyi və vacib sənədləri sənə tapşırıb. Siz sevgilinlə isə altı və bazar gününü bir yerdə keçirməyə plan qurmuşdunuz. Nə edərsən?
a) Tərəddüd etmədən hər şeyi ləğv edərsən, çünki iş hər şeydən vacibdir
b) İş yoldaşlarına bosunuzdan gileylənib kömək istəyərsən
c) Müdirə altı və bazar günü məşğul olduğunu deyərsən

.
Sevgilin sənə bəyənmədiyin və heç sevmədyin tərzdə geyim alıb. Sən necə rekasiya verərsən?
a) Ona bunu dəyişdirməyin mümkün olub-olmadığını soruşarsan
b) Heç vaxt geyinmərəm
c) Onu məmnun etmək üçün bir dəfə geyinər, lakin daha sonra atarsan

.
Sizə əlində içki və dostları ilə birlikdə gəlsə, nə edərsən? 
a) Qorxaraq onu qovarsan
b) Bir şüşə şərab açıb, onu da dəvət edərsən
c) İstəməsən də, onları içəri dəvət edib bütün gecə mətbəxdə oturmağına icazə verərsən

.
Sevdiyin kişi tv-də çox sevdiyi bir modeli izləyir. Bu zaman nə edərsən?
a) Bu kimdir soruşarsan?
b) Onun necə göründüyünü müzakirə edərsiniz
c) Mübahisə edərsən

.
Bir kişini sevirsən, lakin o, başqa bir futbol komandasına azarkeşlik edir. Bu zaman nə edərsən? 
a) Onun sevdiyi komandanın oyunçularının adını öyrənərsən
b) Həmin komandanın oyununa bilet alarsan
c) Birlikdə oturub tv-dən həmin komandanın oyununa baxarsınız

.
Nəticələr:
A variantı çoxluq təşkil edirsə:
Kişilər sizin xarici görünüşünüzə valeh olsa da, yaxından tanıdıqdan sonra peşman olur. Çünki xarakteriniz heç də xarici görünüşünüz kimi deyil. Siz çox sərt bir xanımsınız. Özünüzdən başqa heç kimi bəyənmirsiniz. Kişiləri isə onları başa düşən və qayğısına qalan qadınları sevir.

.
B variantı çoxluq təşkil edirsə:
Kişilər üçün ideala yaxın bir qadın obrazısınız. Kişiləri başa düşməsəniz də, onları məmnun etmək üçün yalan danışırsınız. Bu isə gec-tez məlum olur. Olduğunuz kimi davranın, beləcə kişilər sizin daha səmimi və mehriban olduğunuzu düşünəcək.

.
C variantı çoxluq təşkil edirsə:
Kişilər özünü sizin yanınızda hər zaman çox rahat və hüzurlu hiss edir. Onlara güvən və inam bəxş edən ideal bir görüntünüz var. Özünüzdən əmin addımlarınız və hərəkətləriniz kişiləri hər zaman özünə cəzb edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir