İdeal hədiyyə resepti bu cür olmalıdır: o lazımlı və gözəl olmaqla yanaşı, insanın hər hansı bir çatışmamazlığını büruzə verən olmamalıdır. Gözəl hədiyyə seçimi — çox zaman sadə olmayan bir tapşırıqdır. Ən çətin isə qarşı tərəfin cinsinə hədiyyə seçməkdir. Sizin tapşırığınızı asanlaşdırmaq üçün kişilərə hədiyyə olunası şeylərin siyahisini təqdim edirik:
- Musiqidən xoşu gəlirsə və onun zövqünü bilirsinizsə, musiqi diski
- əgər mütaliəni sevirsə, kitab
- spirtli içki
- teatr və kinoya bilet, əvvəlcədən onun hamin vaxt boş olduğunu öyrənin
- bilərzik və digər bəzək aksessuarları
- filmlər kolleksiyasi
- qol saatı
- təbiəti gəzməyi xoşlayana cib bıçağı
- qələm
- idmanla məşğul olana idman geyimi yaxud alətləri
- kişilər üçün ətir dəsti
- kəmər
- pul kisəsi
- əgər onun pis vərdişi sizi qıcıqlandırmırsa,alışqan
- suvenir
- ətir
- elektrik üzqırxanı
- restorana dəvət
Kişilərə ətir hədiyyə alarkən
İstər atanız, istər qardaşınız, istərsə də sevgiliniz üçün ətir alın. Kişi ətiri almaq asandır, onu seçmək çətin deyilmi? Alacağınız ətirin iyi onun xoşuna gəlməli, dəyişik olmalı, təəccübləndirməli, getdiyi hər yerdə istifadə edə bilməli, tərzini əks etdirməlidir. Ən yaxşısı budur ki, siz ön hazırlıqlara başlayın, sonra alış-verişə çıxın!
Əvvəlcə nələrdən istifadə edirdisə, onları nəzərdən keçirin. Əgər lazımdırsa, özünüzlə aparın və ona uyğun ətir seçin.
- Vücud tipi çox vacibdir — quru, normal və ya yağlı.
- Gecə, yoxsa gündüz istifadə etməsi üçün alırsınız? Buna da qərar verin.
- Kişi dostunuzdan kömək istəyə bilərsiniz.
- Eyni yaşda olan kişilərin ən sevdiyi ortalama ətirlərə internetdə baxa bilərsiniz. Bu şəkildə dəbdən də agah ola bilərsiniz.
- Artıq üzərində durduğunuz bir ətir varsa, o zaman onu yanınızdakı bir kişinin üzərində qoxlaya bilərsiniz.
- Ətirlər arasındakı fərqlərə bələd olun.
- Ağır, yoxsa yüngül qoxu?
- Mövsüm şərtlərini gözardı etməyin.
- Cibinizə uyğununu seçin.
- İdman, yoxsa klassik üslubdakı ətir?
Kimdən soruşursunuzsa-soruşun, kişilərə alınacaq olan hədiyyələr siyahısında mütləq ətir vardır!