Kişilər sevdiklərini söyləməkdən çox hiss etdirməyi sevirlər. Kişinin təbiətində olan bu davranışı dəyişdirmək mümkün deyil. Bunun əvəzinə ona ayaq uydurmağı sınaqdan keçirin. Necə? Onu xoşbəxt edərək sizi sevdiyini göstərən davranışlar nümayiş etdirib sevginizi hiss etdirin. Onu xoşbəxt edə bilmək incə detallarda gizlidir. Gencaile.az Tabloid.az-a istinadən kişiləri xoşbəxt edən detalları təqdim edir:
1. Makiyaj edərkən Sizi izləməsi
Qadınların makiyaj etməsi kişiləri bəzən bezdirə bilər, amma makiyaj edən qadını izləmək kişiləri ovsunlayır. Xanımların dəsmal ilə oturub güzgünün qarşısında makiyaj etmələrinin kişilərə xoş gələn tərəfləri də var. Səhərlər makiyaj etməyə başlamazdan əvvəl qapınızı açıq qoyub sizi izləməsini təmin edin.
2. Kişiyə cəlbedici olduğunu demək
Xanımlar gözəl söz eşidəndə əridiyi kimi kişilərə də yaraşıqlı göründüyünü eşitmək xoş gəlir. Yəni, kompliment eşitmək istəyi kişilər üçün də keçərlidir. Kişilər də yaxşı göründüklərini eşitməkdən məmnun olurlar. Xoş sözlər kişinin qəlbini oğurlamaq üçün ən yaxşı üsuldur.
3. Onun səssizliyini birlikdə yaşayın
Bəzən kişilər səssizliyə qərq olurlar. Belə hallarda kişilər sırf kədərli olduqları üçün susqunlaşmırlar. Kişilər xoşbəxt olduqları zamanlarda da susurlar. Siz də bu sükuta qatılın. Unutmayın sükutunuz aranızdakı güvən duyğusunu əks etdirir.
4.Tövsiyələrini dinləyin
Hər hansı bir məsələdə məsləhət almaq istədikdə onunla məsləhətləşin. Kişilər hər zaman yaxşı təsəlli verirlər və hər şeyin bir həlli olduğuna inanırlar. Yəni xanımlar dilemma qarşısında qalanda kişilər onlar üçün yaxşı məsləhətçi rolunu oynaya bilirlər. Sizin bu təklifləri nəzərə almağınız onun üçün çox əhəmiyyətlidir. Ona qarşı olan etibarınızı sübut etmiş olarsınız.