Sevdiyiniz sizi çox əsəbiləşdirib, ondan intiqammı almaq istəyirsiniz? “Gencaile.az”-ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu tövsiyələri ilə onu dəliyə çevirəcəksiniz. Kişilər həqiqətən bu hərəkətlərə çox əsəbiləşirlər.
– Sevginizi elan edin, onu da özünüzə aşiq edin, sonda geri çəkilin.
– Hökmranlığın kimin əlində olduğunu göstərmək üçün mesajlarına, “mail”lərinə gec cavab verin.
– Sizi lazım gələrsə, 20 il belə gözləməsini istəyin.
– Zəng etdiyində tez söhbətinizi yarım qoyub cavab verməyin. Bir az gözləsin.
– Səhvən şəxsi qeydlərini oxuyub sonra izahat tələb edin.
– Sizin yanınızda telefonuna zəng gələrsə, “ hə, bu kimdir görəsən” deyib, ağız-burun əyin.
– Görüşlərə 15 dəqiqə gec getməyi vərdiş edin.
– Hətta görüşlərinə getməyin. Sözlərinizin heç birini tutmayın.
– Bahalı restoranlara aparanda yemək gələn kimi aclıqdan çıxmış kimi yeyin.
– Elə davranın ki, sanki heç ev işi bacarmırsınız.
– Sizə hədiyyə aldığı ev əşyalarını anasına hədiyyə edin.
– Ən sevdiyi dostunu tənqid edin.
– Ən xoş günündə mübahisə yardın.
– O, maşın sürərkən elə hey sürməyinə qarışın.
– Film seyr edərkən əlini tutmayın.
– Zarafatlarına gülməyin.
– Keçmiş qız sevgililərini lağa qoyun.
– Yatmaq istədiyində lazım olmasa belə, gecə lampasını yanılı saxlayın.
– Yatarkən qol və ayaqlarınızla ona möhkəm sarılın ki, bütün bədəni keyimiş olsun.
– Zəngli saat çaldığında söndürməyin
– Hər gecə yatağa girmənizi gözləyərkən işinizi uzadın, sonra da yosunlu maska çəkib yatın.
– Dostlarınızla telefonda saatlarla danışın. Sonra o danışmaq istədiyində yorğun olduğunuzu, ya da tv seyr etmək istədiyinizi deyin.
– Televizor izləyərkən pultla kanalları tez-tez dəyişdirin.
– Nə oxuduğunu görmək üçün əlindən tez kitabı alıb səhifəni itirin.
– Qəzet oxumaq istəyərkən ayağınızı qucağına qoyun və ovmasını istəyin.
– Futbol izləyərkən ən həyəcanlı anında kanalı dəyişdirin.
– Meyvə istəyib istəmədiyini soruşun və qalxıb özünün gətirməsini gözləyin.
– Bayıra yemək almağa gedəndə acmadığınızı deyin, sonra o, yeyəndə istəyin.
– Elə hey sizi masaj etməsini istəyin, ancaq o istəyəndə yorğun olduğunuzu deyin.
– İlk əvvəl sizə masaj edərkən siz də söz verin ki, onu masaj edəcəksiniz, sonra yuxuya gedin.
– Evlilik söhbəti düşəndə rənginiz qaçsın.
– Nə danışdığına fikir verməyin.
– Telefonla danışarkən əsnəyin.
– Gününün necə keçdiyini soruşun, sözünü kəsin və öz gününüzü anladın.
– Gününün necə keçdiyini soruşun, sonra o biri otağa keçin.
– Gününün necə keçdiyini soruşmayın.
– Dostlarına maraqlı bir hadisəni danışarkən siz sözünü kəsib davam edin.
– Sizi sevdiyinizi deyəndə boş yanaşın.
– Ona ən sevdiyiniz aktyoru nümunə göstərin
– Yeni saç stilinə, təraş olmasına fikir verməyin.
– Yeni geyim geyinəndə yaraşıb yaraşmadığına heç baxmadan cavab verin.