Avropa Reproduktiv Sağlamlıq Konqresinin ötən il keçirilən toplantısında müzakirəyə səbəb olan əsas məsələlərdən biri lesbiyan və homoseksual cütlüklərin evliliyində uşaq dünyaya gətirmək olub. Ailem.az xəbər verir ki, artıq tibb elmi bu məsələnin də yolunu tapıb və qadınların uşaq dünyaya gətirmək üçün bir kişiyə ehtiyacları qalmayıb.
Spermasız doğum
Qadınların yumurtalığının çəyirdəyi çıxarılıb, digər yumurtaya nəql edildikdə bir qabıq içərisində iki çəyirdək olur. Döllənməni başlatmaq üçün zəif elektrik cərəyanı verilir. Bu elektrik cərəyanın təsiriylə çəyirdəklər hərəkətə keçir və bir-biriylə birləşir. Yumurtalıqda bölünmə başlayır.
İki spermanın bilrləşdirilməsi də mümkündür. Bunun üçün çəyirdəyi alınmış iki sperma hüceyrəsi çəyirdəyi çıxarılmış yumurtaya nəql edilir və yenə zəif elektrik cərəyanı ilə çəyirdəklərin birləşməsi təmin edilir.
İki analı körpələr
İki analı körpə iki ayrı qadının yumurtalıqları ilə həyata keçirilən proses nəticəsində dünyaya gəlir. Bu zaman körpə iki analı olsa da atasız ola bilər. Bu prosesin mümkünlüyü hələ də təsdiqlənməyib, sadəcə araşdırmalar gedir. Eyni zamanda ananın iki yumurtalığının istifadə edilməsi nəticəsində onun klonunu yaratmaq mümkündür.
Yumurta gəncləşdirilməsi
ABŞ-da aparılan araşdırmalara görə, qadın yaşlanan zaman yumurtalığının da yaşlandığı və hamiləliyin baş tutmadığı məlum olub. Buna görə yaşlanmış qadının yumurtlağının çəyirdəyi çıxarılaraq, gənc bir qadının çəyirdəyi çıxarılmış yumurtalığına nəql edilir. Əldə edilən bu yumurta sperma ilə birləşdirilərək döl yaranır. Gənc qadına aid olan genetik xüsusiyyətlər də embriyona keçir. Tək atalı və iki analı körpə dünyaya gəlir.
Kişisiz doğuş
Konqresdə müzakirəyə səbəb olan bu məsələyə görə kişi spermasına ehtiyac duyulmadan körpə dünyaya gətirmək mümkün olacaq. Əgər bu reallaşdırılsa, lesbiyan cütlüklər də uşaq sahibi ola biləcəklər.
Bütün bu fəaliyyətlərin yeganə məqsədi qadınların ağrısız, uzun sürməyən müalicə nəticəsində uşaq sahibi olmalarını təmin etməkdir. Əvvəllər müalicə 45 gün davam edirdirsə, indi bu müddət 15 gün olub. Məsləhət görülən iynələrin sayı 60-70 dən 20-ə endirilib. Bu iynələrin dərmanla əvəzlənməsi üçün tibbi araşdırmalar aparılır.