Tumsuz kişmiş çox əhəmiyyətli bir qida qaynağıdır. Tərkibindəki şəkər qlükoza və fruktozadan ibarətdir.
Qlükozanın başda beyin olmaqla, bütün bədənin inkişafında və fəaliyyətində ehtiyac duyduğu enerji qaynağı, yəni yanacağıdır. Xüsusilə idman edən insanlar idmandan əvvəl kişmiş yeməklə orqanizmlərini enerji ilə təmin edə bilərlər. Kişmişdən hər gün istifadə etmək həzm sisteminin işini təmin edir. İnfarkt riskini azaldır. Bununla yanaşı, qaraciyər xəstəlikləri və qan azlığına da faydalıdır. Eyni zamanda bədəni kökəldir, qan miqdarını artırır. Kişmişin bir başqa xüsusiyyəti isə tərkibində yüksək miqdarda 2 valentli dəmirin olmasıdır. Bu quruluşdakı dəmir əsasən qansızlıq problemini aradan qaldırmaqda faydalı olub, qan dəyərini yüksəldir. Qanazlığı probleminə əsasən qadınlarda və uşaqlarda rast gəlinir. Eyni zamanda döş xəstəliklərinin müalicəsi üçün də faydalıdır. Tumsuz kişmişdən istifadə etmək bu problemləri aradan qaldırmaq üçün effektiv təbii yoldur. Ürək döyüntülərini tənzimləyən, sinir və sümük hüceyrələrinin inkişafına xüsusi təsiri olan kişmiş maqneziumla zəngindir.
Başda uşaqlar olmaqla, hər kəsin üzümdən istifadə etməsi məsləhətdir. Vətəndaşlarımızın xüsusilə Ramazan ayında kişmişdən istifadə etmələri faydalı olar.