kitab

Kitab oxumaq üçün 10 səbəb

Baxış sayı: 2. 085

Axırıncı dəfə nə vaxt kitab, yaxud önəmli bir jurnal məqaləsi oxumusan? Ətrafımızda sosial şəbəkələrin, sosial fəaliyyətlərin aktiv olduğu bir dönəmdə “gündəlik oxuma vərdişi”nə nə dərəcədə fokuslana bilirsən? Əgər sən də davamlı  oxumağı vərdiş halına çevirməyən saysız-hesabsız insanlardan birisənsə, demək ki, mütaliyənin bir sıra əhəmiyyətli faydalarından xəbərsizsən və biz sənə aşağıda onlardan bir neçəsini təqdim edirik.

Zehni inkişafa sövq etmə. Təqdiqatlar göstərdi ki, əqli yeniləmə prosesi (hər gün ora yeni nəsə atmaq, beyni düşünməyə sövq etmək) zehni qabiliyyətlərin tədricən itirilməsini, əsasən orta və ondan sonrakı yaşlarda üzləşə biləcəyimiz əqli pisləşmə xəstəliklərinin inkişafını ləngidə, hətta qarşısını  ala da bilər, çünki beyni aktiv saxlamaq və məşğul etmək sizin gücünüzü artırır, nəinki zəiflətmək. Bu çox sadədir, bədənin hər hansı bir əzələsi kimi beyinin də sağlam və güclü olması üçün  idman etməyə, hərəkətdə olmağa ehtiyacı var. Necə ki, deyilir: “Ondan istifadə et, yoxsa onu itirərsən!”, xüsusən də əlverişli şəraitdə ağlımızda gələn fikirləri dilə gətirmək. Tapmaca, bilməcə kimi oyunlar (məs: puzzle), yaxud adi şahmat oyunu belə idrakın, düşünmənin,təfəkkürün inkişafına köməklik edir.

Stresin azaldılması. Gündəlik həyatımızda: işdə, evdə, şəxsi münasibətlərimizdə və başqa bu kimi məsələlərdə bir çox problemlərlə üzləşirik. Nə qədər stress, gərginlik yaşasaq da gözəl bir əsər alıb oxuduqda o sorunlardan uzaq oluruq. Belə ki, yaxşı yazılmış bir roman səni başqa bir aləmə götürə bilər, yaxud məqaləni oxuyarkən problemlərindən uzaqlaşıb hazırki anı yaşaya bilərsən, gərginlikdən, təzyiq və streslərdən qurtulmaq, istirahət etmək imkanın olar.

Bilik. Oxuduğun hər şey beynində, kiçik hissələrlə qeyd olunur və sən bilmirsən ki, nə vaxt bu məlumatlar sənin karına gələ bilər. Nə qədər çox bilsən, bir o qədər üzləşəcəyin etirazlara, şübhələrə, çağırışlara hətta sənə meydan oxuyanlara belə davamlı sipər ola biləcəksən. Bundan başqa, bilik-fikirlərimiz üçün qida mənbəyidir. Düşdüyümüz ən çətin vəziyyətlərdən çıxmaq üçün oxuduqlarımız köməyə gəlir, onu da unutmayaq ki, biz həyatda hər şeyimizi-işimizi, vəzifəmizi, pulumuzu, hətta sağlamlığımızı belə itirə bilərik, amma biliyi heç kim bizdən ala bilməz.

Söz ehtiyatımızın artırılması. Yuxarıdakı bölmələrdə vurğuladığımız kimi, nə qədər çox oxuyarsan bir o qədər çox “söz” qazanarsan və bu sözlər istər-istəməz sənin gündəlik, aktiv danışıq lüğətinə yol tapacaqdır. Aydın, səlis və yaxşı danışıq tərzi istənilən peşədə arzuolunandır və  bu xüsusda olan insnaların bunu bilməsi, ətrafındakılardan eşitməsi onlarda özünəgüvən, özünəhörmət hislərinin birəbeş artırır. Mütaliyə, sənin karyeranda irəliləməyinə də kömək edə bilər, məsələn: yaxşı danışıq və yazma qabiliyyəti olan, müxtəlif mövzularda məlumatlı olan bir insanın işə götürülmə şansı daha çoxdur, nəinki məhdud və bəsit sözlərlə öz fikirlərini ifadə edən, ədəbi maariflənmədən, elmi nailiyyətlərədən və qlobal hadisələrdən uzaq olan biri.

Kitab oxumaq, yeni dil öyrənməkdə də faydalıdır. Bir sözün, birləşmənin başqa bir dildə (dillərdə) qarşılığın bilmək onun hansı vəziyyətə daha uyğun olaraq işlədilməsini  ortaya çıxarır. Eyni zamanda səlis yazmaq və oxumaq bacarıqlarını yaxşılaşdırır.

Yaddaşın təkmilləşdirilməsi. Kitab oxuyarkən müxtəlif xarakterləri xatırlayırıq… hekayələr, romanlar  insanların həyat yaşamını, xüsusiyyətlərini, iç dünyalarını, ambisiya və başqa xırda incəlikləri bizə göstərir. Ədalətli olaraq deyə bilərik ki, beyin ecazkar bir cisimdir və o məlumatları nisbiliklə xatırlayır. Kifayət qədər heyranedicidir ki, hər dəfə beyin yarımkürələrinə yeni xatirə (yaddaş)  əlavə edildikdə orda olan əvvəlki məlumatlar da möhkəmlənir, təzələnir və sən uzaq zaman kəsiyində yaşadığın bir şeyləri asanlıqla xatırlaya bilirsən.

Güclü analitik düşünmə bacarığı. Sən nə vaxtsa mükəmməl detektiv romanı oxumusanmı, yaxud kitabı bitirməmişdən əvvəl özündə bu sirli, anlaşılmaz vəziyyəti çözməyə çalışmısanmı? Əgər belədirsə onda sən müəmmalı, sirli, macəralı, dedektiv romanlarının sonuna çatmamış (müəllifdən qabaq) bütün detalları, elementləri nəzərə alaraq tədqiqi və təhlili fikirləri ortaya qoyacaqsan. Təhlil və tədqiq etmək bacarığı həm də sənə əsərin əsas yazılmış hissələrini müəyyən etməyə, obrazları lazımi qaydada səciyələndirməyə və  hekayəxəttinin rahat hərəkətini izləməyə imkan yaradacaqdır. Həmçinin sənin kitabı başqaları ilə müzakirə etmək şansın da var ki, bu da səndə fikirlərini açıq ifadə etmək bacarığını formalaşdıracaqdır.

Fikrin və diqqətin cəmlənməsi (Fokuslanma və konsentrasiyanın artırılması). İnternet aludəçisi olduğumuz bir dövrdə, diqqətimiz bir anlığa milyon fərqli istiqamətə yönələ bilər, çünki biz bir gündə bir çox funksyalar yerinə yetiririk. Məsələn: 5 dəqiqə ərzində orta yaşlı bir adam vaxtını həm işinə sərf edə, elektron poçtunu yoxlaya, bir neçə insanla yazışa (whatsapp, gchat, skype və s.), twitterə göz gəzdirə, telefonunu nəzərdən keçirə və əməkdaşları ilə əlaqə saxlaya bilər. Bu cür –ADD (Attention Deficit Disorder, Diqqət Pozuqluğu) davranışlar stress səviyyəsini qaldırır və məhsuldarlığı aşağı salır. Kitab oxuyanda, gərək ətrafındakıları unudaraq bütün fikrini hekayəyə verəsən və bu zaman beynin hər xırda detalı absorbasiya edir, özünə çəkərək sorur. Bir dəfə işdən 15-20 dəqiqə əvvəl kitab oxumağı sınayın, nə qədər çox fokuslanam fərqinin olduğuna varacaqsınız.

Daha yaxşı yazma bacarığı. Bu, söz ehtiyyatının artırılması ilə bərabər gedir. Yaxşı yazılmış əsər birinin yazı bacarıqlarının inkişafında əsaslı təsirə malik ola bilər. Yeni yazarlar, müxtəlif müəlliflərin yazı stillərindən, cümlə axıcılığından və s. istifadə edirlər. Musiqiçilərin də bir-birinə təsiri eyni şəkildədir, yaxud rəssamlar əvvəlki ustaları tərəfindən yaradılan müəyyən üsullardan yararlanırlar, ona görə də gənc yazıçılar başqalarının əsərlərini oxumaqla nəsr yazma bacarıqlarını təkminləşdirirlər.

Rahatlıq. Təsəvvür elə ki, həm istirahət edirsən, həm də əla bir kitab səni müşayiət edir, mövzusu da daxili sakitlik, firavanlıq, rahatlıq, əmin-amanlıq… Mənəvi mətnlər oxumaq qan təziqini aşağı sala bilir və hədsiz bir sakitlik hissi gətirir. Özinkişaf, özünə kömək mövzulu kitablar oxumaqla yüngül ruhi xəstəliklərdən, müəyyən əhval pozuntularından əziyyət çəkən insanlara kömək etməyin yollarını bilə bilərik.

Pulsuz məşğuliyyət. Hal-hazırda bizim əksəriyyətimiz kitab almağa üstünlük veririk, biz indi onu deyə bilərik ki, gələcəkdə kitablar kifayət qədər baha olacaq. Əgər pul xərcləmək istəmirsinizsə öz yerli kitabxananıza gedə bilər və gözəlliyindən həzz ala biləcəyiniz təkcildli, çoxcildli saysız-hesabsız kitablardan pulsuz olaraq yararlana bilərsiniz. Kitabxanalarda təsəvvürünüzə gətirə bildiyiniz hər mövzuda kitablar var, çünki onlar bunu fond hesabına alırlar və sən o materialları əlindən qırağa qoya bilmirsən. Yox əgər  elə bir yerdə yaşayırsan ki, oranın yerli kitabxanası yoxdur, yaxud sən heç cürə gedib kitab əldə edə bilmirsənsə o zaman  kitabların PDF, ePub kimi elektron variantlarını əksər kitabxana səhifəsindən öz e-reader, iPad, yaxud komputerinə yükləyərək rahat oxuya bilərsən.                                           Dünyadakı hər oxumuş, savadlı adam üçün fərqli oxu janrları mövcuddur. Əgər klassik ədəbiyyat, poeziya, model jurnalları, tərcümeyi-hallar, dini mətnlər, gənc yazarların kitabları, daxili bələdçi kitabları(özünü tapmağa kömək edən) və ya romanlar zövqünüzə uyğun deyilsə, o zaman orda sizin maraq və təxəyyül dairənizə uyğun bir şeylər tapa bilərsiniz. Yetər ki, bir müddətlik komputeri qırağa qoyun və cəld bir kitab açaraq ruhunuzu rahatlaşdırın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir