aktyorlar

Köhnə Hollivudun ən cəlbedici aktyorları kimlər olub? – QADINLARIN MENYUSUNA

Baxış sayı: 777

Kinoaktyorlar və kinoaktrisalar çox sevilirlər, həmişə dəbdə olurlar. İllər ötür, onlar çəkildikləri filmlərdə yenə də gənc, yenə də cəlbedici qalırlar. Hər kəs də həmin o retro filmlərdə öz xatirələrinin dinməsinə şahidlik edir.

“Gencaile.az” saytı Mediasol dərgisinə istinadən köhnə Hollivudun ən yaraşıqlı və cəlbedici aktyorlarının beşliyini təqdim edir. Təbii ki, sıralanma ilə razılaşmayan xanım oxucularımız öz seçimlərini edə bilərlər.

Bu beş gözəllikdən birini seçmək lazımdır. Budur, siz filmin qadın rejissorusunuz və sizin qarşınızda beş cəlbedici kişi dayanıb, amma filminiz üçün birini seçmək lazımdır. Kimi?

Bu beşlikdən hansı birini köhnə Hollivudun simvolu adlandırarsınız?

Gözəllik kanonları zamanla dəyişir, bəli. Moda tipajları var – bu, əlbəttə ki, yalnız simaca gözəl olmağı  nəzərdə tutmur. Amma köhnə Hollivudun beş ən simaca gözəl aktyorunu bu gün də ötüb keçmək mümkünsüzdür.

Yəqin ki, yalnız Cary Grantı əksəriyyət bu siyahıdan təəssüflənmədən çıxararmaq istəyəcək – lakin o, uzun illər bir nömrəli ulduz olub və yeri gəlmişkən, daha yaraşıqlı Klark Geybl həmişə Kari Qranta həsəd aparıb, onun  barmaq izləri dəyən ssenarilər oxumalı olub… Yəni ki, Qrant bəyənməyən işlər Geybiyə ötürülüb.

Amma əksəriyyətin fikrinə gəldikdə isə, onların Pol Nyumenlə Gregory Peck arasında seçim edib sonda Pecki seçəcəyi şübhəsizdir. Təsadüfi deyil ki, Peck-i “röya adamı” deyə adlandırırlar. Kim “Roma tətili”ni görməyibsə dərhal hər şeyi atıb ona baxsın.

Amma Azərbaycanımızda bu beşlikdən ən çox tanınanı və seviləni, şübhəsiz, Marlon Brando olub.

Beləliklə, əziz xanımlar, beşdən birini seçirik.

5-ci yer:

Pol Nyuman

4-cü yer:

Carey Grant

3-cü yer:

Klark Qeybl

2-ci yer:

Marlon Brando

1-ci yer:

Gregory Peck




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir