2023-cü il üçün dizaynerlər sonsuz çeşiddə çanta istehsal edib, ürək formalı modellərdən tutmuş sərt qrafik klatçlara qədər. Bununla belə, hətta favoritlər arasında danılmaz liderlər var və 2023-cü ildə bu yeri “köhnəlmiş” çantalar tutub. Lakin aksesuarın bir “yaşı” ultra dəbli olmaq üçün kifayət deyil.
Bu model neo klassika adlanır. Çantaların köhnəlmiş materialdan hazırlanması və müəyyən hissələrin ağardılması əsas fərqləndirici xüsusiyyətidir.
Dizaynerlər gördülər ki, modapərəstlərin vintaj əşyalara olan marağı son illərdə lap çox artıb. Onlar ətraf mühiti izləyir və məqbul istehlak konsepsiyasına əməl edir və getdikcə ikinci əl mağazalara gedirlər, orda isə bu cür aksesuarlar çoxdur. Belə görünür ki, köhnəlmiş çanta modelləri uzun müddət trenddə qalmağa davam edəcək.
Stilistlər xüsusilə tünd aksessuarlara diqqət yetirməyi tövsiyə edir və hesab edirlər ki, qara, qəhvəyi və zümrüd rəngi dəri çantalarda daha “nəcib qocalma” effekti yaradır. İkincisi, ağardılmış hissələr onun qiymətini azaltmayacaq. Üçüncüsü, formaya fikir verin, bu, müasir tendensiyalara uyğun olmalıdır. Məsələn, “Miu Miu” kimi köhnəlmiş çantaları eyni anda bir neçə dəbli tendensiyaları özündə birləşdirir. Həmçinin çox yönlü, xobo və baget çanta modelləri də uyğun gəlir. Ən əsası yazı detallarından imtina edin.
Bu modelin başqa bir üstünlüyü ondan ibarətdir ki, çox gec xarab olur. Hər hansı kiçik bir zədə çantanı daha dəbli edəcək.