yuxu

Kökəldən və tüklənməyə səbəb olan xəstəlik

Baxış sayı: 951

Son bir neçə ildə tibb elminə məlum olmayan müxtəlif xəstəliklər meydana gəlib. Deyilənə görə, bütün bunların səbəbi atmosferin həddindən artıq çirklənməsi, fəst-fut qidaların çoxalması, mənşəyi məlum olmayan dərmanların harada və necə gəldi satılmasıdır. Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur.

Bu xəstəliyin eradan əvvəl mövcud olmasına baxmayaraq, onun adı və səbəbləri 1962-ci ildə tapılıb və buna görə də hormonal pozğunluq müasir dövrün xəstəliyi sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliklərin də əsasını qoyur. Məlumdur ki, hormonlar orqanizmin funksiyasına, çəkinin artmasına, vəzlərin normal inkişafına nəzarət edir. Hormon daxili ifrazat vəzilərinin funksiyasıdır. Onun balansının pozulması endokrin sistemin funksiyasını tamamilə məhv edir.

Dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur, hətta sonsuzluğa belə gətirib çıxarır.  Digər tərəfdən isə hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edib, insanı kor qoya bilər.

 

Əmələgəlmə səbəbləri:

  • Həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu
  • Düzgün qidalanmamaq
  • Fəst-fut qidalarından çoxlu istifadə
  • Soyuqlama
  • Oturaq həyat tərzi
  • Stress

 

Hormonal pozğunluq zamanı insanda

  • Güclü başağrısı olur
  • Təzyiq artır
  • Ayaqlar tez-tez ağrıyır, epilepsiya tutmaları olur
  • Başgicəllənmələr başlayır
  • Susuzluqdan əziyyətçəkmə
  • Tez-tez boğaz ağrıları olur
  • Zəifləyir
  • Anemiya baş verir
  • Bədəndə tüklər əmələ gəlir
  • Əl və ayaq daim soyuq olur
  • Hər şeydən iyrənir
  • Tez-tez əsəbiləşir
  • Aylıq tsikl pozulur
  • Tez-tez depressiyaya düşür
  • Süd vəziləri balacalaşır
  • Qanaxmalar olur
  • Qarın və bud nahiyələrində çəhrayı rəngli, uzun çapıqlar əmələ gəlir
  • Kökəlmə baş verir

 

Özündə bu kimi hallar aşkarladıqda qadın dərhal həkimə müraciət etməlidir. Xəstəliyin müalicəsi gecikdikdə astma, allergiya kimi xəstəliklərin yaranmasına, döş və yumurtalıqlarda xərçəngin əmələ gəlməsinə səbəb olur. Xəstəlik daha da irəlilədikdə dəridə qaşınmalar başlayır. Bu da şəkər xəstəliyinə gətirib çıxarır.

 

Qadınların qorxulu yuxusu – piylənmə

Hormonal pozğunluğun əmələ gəlməsinə səbəb olan amillər arasında ən geniş yayılanı arıqlamaq üçün satılan dərmanları həkim məsləhəti olmadan qəbul etməkdir. «Artıq çəki»ni Yer üzündə yaşayanların ən böyük problemi adlandırsaq yəqin ki, yanılmarıq. Bir vaxtlar analar oğlanları üçün «ətli-qanlı» qız axtarırdısa, indi kök qıza baxan yoxdur. Əgər qadın kökələndə «nə gözəlləşib» deyirdilərsə, indi «nə günə düşüb» söyləyirlər. Müasir dövrdə dəbdən düşən köklükdən xilas olmaq üçün bir çox üsullar meydana gəlib: fitnes klublar, şəhəri ağuşuna alan idman zalları, arıqlama mərkəzləri və ən əsası da qeyri-qanuni satılan dərmanlar, otlar. Qadınlar da  idman etmək əvəzinə daha rahat yolu seçirlər: istədikləri qədər yemək, evdə oturmaq və dərman atıb arıqlamaq. Hələ vay o günə ki, bunun müsbət təsirini görələr. Dərhal dərmandan bir neçə qutu tədarükü də görüb, qəbul miqdarını bir balaca da artırırlar. Amma qadın bunun sonrakı fəsadlarından xəbərsizdir. Bu cür dərmanlar hormonal pozğunluq əmələ gətirir ki, bu da piylənmənin ilk mərhələsidir. İlk növbədə qeyd edək ki, arıqlama dərmanları ya iştahı dayandırır, ya da işlədici funksiya daşıyır. Mədə və bağırsağın funksiyasına müdaxilə etmək zərərlidir. İşlədici xarakter daşıyan həblər orqanizmin qəbul edilən qidadan vitamin, zülal, karbohidrat almasına mane olur. Qadınlar anlamalıdırlar ki, işlədici dərmanlar piyləri əritmir. Dərialtı piylər olduğu kimi qalır. Əgər möcüzəli dərmanla xanım 5-6 kilo atırsa, sonradan 15-16 kilo qazanır.

 

Tüklənmə

Orqanizmdə hormonal pozğunluğun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir. Bu zaman qadın orqanizmində az miqdarda olan kişi hormonlarının – testosteronun miqdarı artır. Buna səbəb yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi olur. Qadında sümük böyüməsi, kobudlaşma halları başlayır. Dəri quruyur, hərarət səbəbsiz yerə 37-37,5 dərəcə artır, tez-tez tərləyir, əllər əsir, saç tökülür.

 

Əgər hormonal pozğunluq varsa:

  • Qaynar çay və kofe qəbulunu azalt
  • Çox duzlu yemə
  • Üzüm, ərik qurusu, çipsi yemə
  • Az şokolad ye
  • Çox yağlı yeməklərdən uzaq olmağa çalış
  • Spirtli içkidən uzaq ol
  • Ədviyyat və istiotlu yeməklər sənə ziyandır

 

Hormonal pozğunluq bədəndə olan hormonların balansının dəyişməsidir. Hormonlar əsasən vəzlərdə olur. İfraz olunan qanın bədənin müxtəlif yerlərinə ötürülməsində böyük rol oynayır. Orqanizmdə 60-a yaxın hormon var. Bu balans pozulduqda piy toxumasından hormonlar ifraz olunmağa başlayır. Bu zaman hormonal xəstəliklər yaranır – infarkt risqi artır, yuxusuzluq halları başlayır, insanda spirtli içkiyə, siqaretə meyil artır. Hazırda isə ən çox piylənmə və tüklənmə halları aşkarlanır. İndi onlarla qadın bundan əziyyət çəkir. Hormonal pozğunluq anadangəlmə və ya sonradan qazanılmış olur.

Böyrəküstü vəzi xəstəliyi hormonal pozğunluq əmələ gətirən səbəblərdəndir. Buna səbəb orqanizmdə yod çatışmazlığıdır. Bu da piylənmə, tüklənmə, qadınlarda aylıq tsikl pozulmasına gətirib çıxarır.

Hormonal pozğunluq birbaşa beyinlə əlaqədar olub, sinir sisteminin fəaliyyətini də pozur. O, qaraciyərin funksiyasına mənfi təsir edib, xolesterinin miqdarını artıra bilər. Bu zaman ürək-işemik xəstəlikləri yaranır.

Hazırda qadınların əksəriyyətində aylıq tsikl pozğunluğu var. Çox az xanım vaxtlı-vaxtında aylıq tsikl keçirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir