Arıqlamaqdan fərqli olaraq, sağlam şəkildə çəki qazanmaq çətin işdir. İdeal çəkinizə çatmaq istəyirsinizsə, əvvəla dietoloq məsləhəti almalısınız.
İşdəki masanızda, çəkmənizdə, çantanızda, maşınınızda, evinizin fərqli yerlərində quru meyvələr olsun. Quru meyvələr yüksək kalorili olmaqla yanaşı lif, vitamin və mineral tərkibli olaraq da olduqca zəngindir. Quru meyvələri ara saatlarda yeyərək həm sağlam qidalanmış, həm də enerji əldə etmiş olarsınız.
Gün ərzində qəlyanaltı saatlarından birində südlü şirniyyat yeməyi unutmayın. Bu tip şirniyyatlar protein və kalsium yığmanıza kömək edir, eyni zamanda kökəlməniz üçün də yardımçı olacaq. Südlü şirniyyatın üzərinə qoz, fındıq, yerfındığı da əlavə edə bilərsiniz.
Səhər yeməyində çay yerinə təzə sıxılmış meyvə suyu, ya da süd için. Beləcə, səhər menyusunun enerji tərkibini də yüksəltmiş olarsınız. Təzə sıxılmış meyvə suyu vitamin qaynağıdır, immuniteti gücləndirir. 1 iri stəkan meyvə suyunun kalori tərkibi 3-5 pors meyvə ilə uyğundur. Meyvə şirəsini köp verməsin deyə səhər yeməyindən sonra da içə bilərsiniz.
Kökəlmək və ideal çəkiyə qovuşmaq istəyən siqaretdən uzaq durmalıdır. Siqaret iştahanı azaldır və siqaretin tərkibindəki nikotin maddələr mübadiləsini sürətləndirir.
Maye qəbuluna nəzarət edin. Gündəlik təxminən 1,5-2 litrdən çox su içməməyə çalışın. Həddən çox su içmək mədəni doldurur və toxluq hissi yaradır.
Gündəlik kalsium və protein qəbulunu təmin etmək və sağlam qidalanmaq üçün gün ərzində 3-6 pors süd, qatıq məhsulları yemək lazımdır. Ara saatlarda süd, qatığın içinə mürəbbə, bal qatıb yeyin.
Kola, pepsi kimi qazlı içkilər yerinə evdə hazırlanmış meyvə suları, kompotlar için. Belə daha sağlam qidalanmış olacaqsınız. Kompota bal, ya da bəhməz əlavə etməyi unutmayın.
Bəziləri kökəlmək üçün çox yağlı yeməyin doğru olduğunu düşünür, amma belə deyil. Yetərli miqdarda yağ tərkibli qidalar yemək daha düzgündür. Kökəlmək istəyirsinizsə, bol kərə yağlı qidalar yemək yerinə zeytun yağlı qidalar yeyin. Bişirilən yeməklərinizdə qarğıdalı, günəbaxan kimi duru yağlar istifadə edin.
Yemək yediyiniz ortam rahat olmalıdır. İştaha psixoloji amillərdən də təsirlənir. Stressli bir ortamda yemək yemək heç bir zövq verməz. Sizin üçün rahat və zövqverici bir yer olmasına diqqət edin.
Ehtiyac duyduğunuzda gündəlik qidalarınıza toz şəklində karbohidratlar, proteinlər də əlavə edə bilərsiniz. Bunu həkim, ya da dietoloqun məsləhəti ilə etməlisiniz.
Yemək yeyərkən içki içməyin. İçkilər mədədə yer tutur, toxluq hiss verir və tez doymağa səbəb olur. Həm də yeməklərlə eyni anda içilən içkilər insanlarda şişkinlik də yarada bilir. Su və ya digər içkiləri yeməkdən 30-45 dəqiqə sonra, ya da əvvəl için.
Salatlarınızı zənginləşdirin. Salat lif, vitamin-mineral qəbuluna kömək edir. Salatların qida dəyərini artırmaq üçün içinə qoz, zeytun yağı, pendir və zeytun qatın. İstəsəniz, 1 ədəd qaynamış yumurta da əlavə edə bilərsiniz.
İdman edin. Sağlam və xoşbəxt bir həyat üçün idman etməlisiniz. Əzələ artımına səbəb olacaq idman hərəkətləri edə bilərsiniz. Amma mütləq mütəxəssis yardımı almalısınız.
Kalori və qida dəyəri yüksək olan qidaları yeyin. Məsələn, qoz, fındıq, fıstıq, quru meyvələr, südlü şirniyyatlar, evdə hazırlanmış kekslər, bəhməz və.s
men 17 yasim var 45 kiloyam artmaq isdiyirem cox yemek yemey ziyandi olmagina men cox yemek yeyirem amma kokelmirem niye