Kök xanımların nəzərinə: belə geyinin – DƏB TÖVSİYƏSİ

Baxış sayı: 1. 524

Bədən ölçüsündən asılı olmayaraq, gözəl geyinə bilmək bir sənətdir. Üstəlik, saçlarınız buruqdursa, bunun sizin stilinizə təsir edəcəyindən qorxmayın. “Gencaile.az” Aile.lent.az-a istinadən artıq çəkisi olan xanımlara gözəl geyinməyin sirlərini açıb:

Trendləri izləyin

İnsanlar sizə klassik üsluba üstünlük verməyi məsləhət görəcək. Artıq çəkinizə baxmayaraq, şık görünmək istəyirsinizsə, onları dinləməyin. İstədiyiniz dəbli geyimin sizə uyğun ölçüsünü alın və geyinin.

Eyni şeyləri geyinməkdən qorxmayın

Özünüzü bir paltarın içində xoşbəxt hiss edirsinizsə, bir neçə rəngini alıb fərqli vasitələrlə kombinə edin və geyinin. Bu, həm də sizi hər gün “nə geyinim” dərdindən də xilas edəcək.

Bədəninizi nümayiş etdirin

Bədəni nümayiş etdirmək köhnə üsullardan biridir. Kiçik bir göbək dekoltesi və bud hissələri qatlanmış şalvar boyunuzu uzun göstərəcək.

V yaxalı geyimlər

 

Boyu uzun göstərməyin yollarından biri də V hərfli yaxalı kofta və donlardır. Bu, sizin boyunuzun hündür olması təəssüratını yaradacaq, həm də sizi daha az çəkili göstərəcək. Balıqvari yaxalardan isə uzaq durun.

Metal rəngli kəmərlə vurğulayın

Kəmərləri sevirsinizsə, sizin üçün ən yaxşı seçim metal rənglərdir, xüsusən də qızılı rəngə üstünlük verin. Parlaq metal rənglər hər kombinəni bir pillə yüksəyə qaldırır.

 

Naxışlı geyimlərdən qaçmayın

İnsanlar sizə naxışlı geyimlərdən uzaq durmağı tövsiyə edəcək. Bəzən bir rəngli geyim naxışlı geyimdən daha çox kök göstərə bilər. Ona görə də fikir verməyin. Yadda saxlayın ki, naxışlı parçalar sizi olduqca dəbli göstərəcək.

Proporsiyanızla oynayın

Fərqli proporsiyalı bədən quruluşunuz varsa, çəkinməyin. Sadəcə geyinərkən kontrast və tarazlığa fikir verin. Mədə hissəsi enli olan qısa pencəyi kombinə edə bilərsiniz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir