derman

Kollagen qəbul edək, yoxsa marketinqə uymayaq?

Baxış sayı: 340

Kollagen insan orqanizmində dərinin elastikliyinə, oynaqların sağlamlığına və sümük sıxlığına cavabdeh olan əsas struktur zülaldır. Onun istehsalının aktivliyi yaşla azalır və buna görə də bir çoxları müxtəlif bazarlarda mövcud olan xüsusi əlavələrə müraciət edirlər. Xüsusilə qadınlar müəyyən yaşdan sonra kollagenli qida əlavələri qəbul etməli olduqlarını düşünürlər. Bəs istehlakçıları məhsullarının şübhəsiz faydalarına inandıran istehsalçılara etibar etmək olarmı?

Rusiyalı həkim, sağlamlıq şousunun teleaparıcısı Aleksandr Myasnikov əmindir ki, bütün bunlar sadəcə marketinq hiyləsidir. “Rossiya” telekanalında o, xatırladıb ki, kollagenin çox aşağı sorulmaq qabiliyyəti var, ona görə də əlavələr qəbul etdikdən sonra bədəndə qalmır.

Həkim aydınlaşdırıb ki, bütün faydalı maddələr adi qidaların tərkibindədir. Onları ət, balıq, tərəvəz, meyvə, süd, taxıl və paxlalı bitkilərdən almaq lazımdır. Pəhrizdə lazımi tarazlıq qorunursa, bir insan onları qida ilə birlikdə tələb olunan miqdarda alacaqdır. “Bədən onsuz da artıq şey götürmür, atır”,-deyə mütəxəssis fikrini tamamlayıb.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir