ABŞ-ın Ohayo Universitetinin tədqiqatçıları 20 il 6-11 yaşlı uşaqları müşahidə edərək onların kompüter və televizora nə qədər vaxt sərf etmələrini araşdırıb. Nəticədə kompüter və televizorun gözlərin zəifləməsinə təsir etmədiyi müəyyən olunub.
“Macdigger.ru” saytı bildirir ki, alimlər, ümumilikdə, 5 min uşağı tədqiq ediblər. Müəyyən olunub ki, hətta köhnə kompüter və televizor modelləri belə gözü korlamır. Həmçinin, ekranadək olan məsafə uzağı görməmənin inkişafına təsir göstərmir.
Alimlərin fikrincə, uzağı görməmənin başlıca səbəbi gözün böyüməsi ilə əlaqədar göz büllurunun əyriliyinin pozulmasıdır. Bunun üçün ən yaxşı profilaktika isə təmiz havada gəzintidir.