yemeye ne var

Kömür çörəyini belə bişirin – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 527

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə kömür çörəyinin hazırlanma qaydasından bəhs edəcəyik.

Kömür əlavə edilmiş adi çörək, yalnız xüsusi və çox dadlıdır.  Dərman olaraq, aktivləşdirilmiş kömür “fırça” kimi işləyir, bədəndən bütün zərərli maddələri və onlarla birlikdə faydalı olanları da çıxarır. Bir antidot (Antidot dərmanın və ya zəhərin təsirini azaldan və ya aradan qaldıran maddələrin ümumi adıdır) olaraq, kömür yalnız böyük dozalarda işləyir. Bu, zəhərlənmə, həzm pozğunluğu, mədə yanğısı, şişkinlik və meteorizm (köpmə) üçün ilk yardımdır. Arıqlamaq üçün yeni pəhrizdə kömür tabletlərindən istifadə edilir. Hətta sandviçlər, hamburgerlər, hər cür şirin ruletlər, kruasanlar və tortlarda cəlbedici görünüşü üçün kömürdən istifadə edilir.

 

Kömür çörəyinin tərkibi:

  • 3 stəkan tam buğda unu
  • 1 paket quru maya
  • 1 xörək qaşığı şəkər tozu
  • 1 çay qaşığı aktivləşdirilmiş kömür tozu
  • 3 xörək qaşığı ilıq süd
  • 1 stəkan ilıq su
  • 3 xörək qaşığı zeytun yağı
  • duz

KOMUR COREYI

Hazırlanma qaydası:

İlk öncə kömürü qəhvəüyüdünlə (və ya həvəngdəstə) toz halına gətirib ələyin. Mətbəx kombaynına un, üyüdülüb ələnmiş kömür, maya, şəkər tozu, ilıq süd, su və duz əlavə edib qarışdırın. Kombaynı ən yüksək sürətə keçirin və sonda  zeytun yağı əlavə edib daha 5 dəqiqə yumşaq, ələ yapışmayan xəmir olana qədər yoğurun. Xəmirin üzərini örtüb 30 dəqiqəlik mayalanması üçün kənara qoyun. Unlanmış dəzgahın üzərində xəmiri kündələyib 30 dəqiqə həcmi iki dəfə artana qədər saxlayın. Daha sonra yağlı kağız sərilmiş soba sinisinə yerləşdirib üzərini unlayın və iti bir bıçaqla kəsiklər atın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişdikdən sonra çörəyi sinidən çıxarıb dəmir torun üzərinə yerləşdirib tamamilə soyudun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir