Havalar isinən kimi sərinləmək üçün çoxu kondisionerlərə üstünlük verməyə başlayır. İşdə, evdə, ofisdə hətta avtomobillərdə də bu cihazların yardımına ehtiyacımız olur. Amma bir reallıq var ki, filtirləri yaxşı təmizlənməmiş kondisionerlər pnevmoniyaya səbəb ola bilər. Tənəffüs yollarımıza birbaşa təsir edən kondisionerlər düzgün təmizlənmədikdə yay aylarında pnevmoniyaya səbəb ola bilər. Ani temperatur dəyişikliyindən sonra öskürək, üşümə kimi əlamətlərlə ortaya çıxan kondisioner şoku daha çox ağciyərləri təsir edir və pnevmoniyaya səbəb olur.
Həkim terapevt Məlahət Abbasova bildirir ki, bu, pnevmoniyaya kondisioner sularında çoxalan “Legionella” bakteriyası səbəb olur. Ona görə də kondisionerlərin təmizlənməsinə önəm verilməlidir.
Həkim qeyd edir ki, “Legionella” bakteriyasının çoxalması səbəbindən yayda insanlar yay sətəlcəminə tutulur və qış aylarına nisbətən daha çox xəstələnirlər.
“Kondisionerlərin ventilyasiyası ilə insanlar ağciyərlərinə “legioner” bakteriyası qəbul etdikdə “kondisioner pnevmoniyası” və ya “yay pnevmoniyası” dediyimiz xəstəliyə tutulurlar. Bunun, xüsusilə xroniki astma və xərçəng xəstələri üçün ölümcül nəticələrə səbəb ola biləcəyini bilirik”-deyə həkim əlavə edir.
Yay sətəlcəminə tutulmamaq üçün kondisionerin mütəmadi olaraq, təmizlənməsinə diqqət yetirilməli və uzun müddət kondinsioner havasına məruz qalmamağa çalışmaq lazımdır.
Mütəxəssisin fikrincə, yay pnevmoniyası qrip qədər açıq özünü açıq şəkildə biruzə etmir. Bu zaman oynaq ağrısı, qızdırma, zəiflik və ishal kimi yüngül soyuqdəymə əlamətləri müşahidə edilir.
Xəstəlik xroniki xəstəlikləri olanlarda həyati təhlükə yarada bilər. Belə ki, ani temperatur dəyişikliklərinə, məsələn, istidən soyuğa və kondisionerlərə məruz qalmanın səbəb olduğu simptomlar bəzən qrip ilə qarışdırla bilər. Xəstəlik özünü biruzə etdiyi zaman isə, müalicəsi daha çətin olur. Bu səbəbdən də, kondinsionerlərdən bacardıqca uzaq olmaq lazımdır. Xüsusilə qapalı yerlərdə kondisioner parametrlərini 22 dərəcədən aşağı salmaq tövsiyyə edilmir.
İradə Cəlil