kondisioner

Kondisionerin zərərli təsirlərindən necə qorunmaq olar?

Baxış sayı: 995

Yay fəslini kondisionersiz təsəvvür etmək mümkün deyil. İstər evlərdə, itər ofislərdə, istərsə də olduğumuz digər məkanlarda gün ərzində kondisionerin təsirinə məruz qalırıq. İsti havalarda əksər hallarda gün boyunca istifadə etdiyimiz kondisionerin ziyanları yetərincə çoxdur. Təbii ki, fəsadlar daha çox davamlı olaraq kondisionerin təsirinə məruz qalanda baş verir. Bəs bu təsirlərə məruz qalmamaq üçün nə etmək olar?

Mütəxəssislər hesab edir ki, səhhətimizdə problem yaranmaması üçün kondisionerdən düzgün istifadə etmək, bununla bağlı qaydalara əməl etmək lazımdır. Həmin qaydalar hansılardır?

KONDISIONER

1) Otağınızın hərarətini 22-25 dərəcə arasında saxlayın

2) Çox isti olarsa, kondisioneri birdən-birə çox soyuq dərəcələrə salmayın

3) Kondisionerin düz önündə dayanmayın

4) Kondisioner üstünüzə vurmasın deyə hava axınının sürətini orta rejimə qoyun

5) Texniki təmizlik qulluğu olmayan kondisioneri işlətməyin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir