Koronavirus dünyanın aktiv mövzularından biri olduğu bu dövrdə ən çox cavabı axtarılan suallardan biri də, koronavirusun cinsi yolla keçib, keçməməsi idi. Şəxsi gigiyenanın ön planda olduğu vaxtlarda cinsi münasibətə girmək nə kimi təhlükə yarada bilər? Bu mövzuda nələrə diqqət etməliyik?
Üz, ağız, burun və gözə təmiz olmayan əllə toxunmağın riskli olduğu bilən insanlar, cinsi münasibətə girməyində problem yaradıb, yaratmayacağı mövzusunda suallara cavab axtarırlar.
Bu mövzuda çoxlu araşdırma aparan mütəxəssislər cinsi münasibət mövzusunda da 14 gün qaydasına əməl etmənin vacib olduğunu qeyd edirlər. Əgər risk daşıyan yerlərdə və insanlarla təmasa olduqsa yaxud partniyorunuzun virus daşıyıcısı olduğunu göstərən əlamətlər varsa əsla dəri və cinsi təmasdan uzaq durmanız lazımdır.
New York Time qazeti korona virusun cinsi yolla keçmədiyini, lakin təhlükə hiss etdiyiniz məqamlarda cinsi münasibətdən uzaq durmağın vacibliyini qeyd edir. ÜST isə bu mövzu haqqında belə bir qərar verməyin hələ tez olduğunu qeyd edir.
Cinsi münasibətdə olarkən cinsi orqana dezinfeksiya edici maddələr vurulub, vurulmamasıda maraq doğuran suallardandı. Spirt tərkibli bu məhsulların cinsi orqan kimi həssas yerə vurulması isə mütəxəssislər tərəfindən bir ayrı təhlükə olaraq görülür.