İnfeksionist Nikolay Malışev yeni koronavirus ştammlarının eşitmə qabiliyyətini zəiflətməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Bu xəstəliyin tamamilə fərqli simptomlarla ortaya çıxa biləcəyini deyib. Ekspertin sözlərinə görə, qarın ağrısı və ya eşitmə zəifliyi simptomları ilə koronavirus diaqnozu qoymaq mümkün deyil:
“Diaqnozu yalnız həkimlər qoya bilər. Bu simptomların səbəbləri fərqli ola bilər, amma bu cür müraciətlərdə artımın olduğuna dair məlumatım yoxdur”.
Malışev sözügedən simptomlar görünəndən dərhal sonra həkimə müraciət etməyi məsləhət görüb.