London İmperiya kollecinin professoru və Ümumdünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisi Devid Nabarro koronavirus peyvəndi üçün məyusedici proqnoz verib.
“Gencaile.az” saytının xarici KİV-ə istinadla verdiyi xəbərə görə, professor deyib ki, COVID-19 olduqca çətin virus növü olduğundan yaxın gələcəkdə peyvənd hazırlamaq da mümkün olmasın.
Nabarro istisna etmir ki, bəşəriyyət bir müddət təhlükəli virusla daim birlikdə yaşasın.
“Bu o deməkdir ki, xəstəlik əlaməti aşkarlanan və onunla təmasda olan insanları təcrid etmək lazım olacaq. Yaşlı insanları xüsusilə qorumaq lazımdır. Eyni zamanda xəstəxanalar koronavirus xəstələrini qəbul edə bilməlidirlər. Bu hamımız üçün yeni norma olacaq”, – professor qeyd edib.