peyvend

Koronavirus peyvəndinin dördüncü dozası nə dərəcədə effektivdir?

Baxış sayı: 771

Koronavirus peyvəndinin dördüncü dozası nə dərəcədə effektivdir və o “Omicron” ştammına yoluxmadan qoruya bilərmi?

İsraildən olan mütəxəssislər bununla bağlı yeni araşdırma aparıblar.

Alimlər 4 doza “Pfizer” və “Moderna” peyvəndi ilə peyvənd edilmiş 300 tibb işçisi və 400 könüllüdən alınan məlumatları təhlil ediblər. Məlum olub ki, bu sayda “Pfizer” peyvəndi yalnız 30 faiz,  “Moderna” isə 11 faiz COVID-19 xəstəliyinin qarşısını ala bilib.

Alimlərin fikrincə, RNT peyvəndlərinin dördüncü dozası immunoqlobulinlərin səviyyəsini üçüncü dozadan sonra olduğu kimi yüksək dəyərlərə çatdırıb. Lakin bu, yüngül və ya əlamətsiz koronavirus infeksiyası hallarının artmasına təsir etməyib.

Alimlərin fikrincə, bu nəticələr SARS-CoV-2 qabığının strukturunu dəyişdirən 37 mutasiyadan ibarət yeni “Omicron”un ştamının xüsusiyyətlərinə gətirib çıxarıb. Bu dəyişikliklər sayəsində virus ən məşhur monoklonal immunoqlobulinlərə qarşı immunitet qazanıb, buna görə də bütün mövcud peyvəndlər öz effektivliyini itirib.

Tədqiqat müəlliflərinin fikrincə, əldə edilən məlumatlar ən qısa müddətdə yeni nəsil peyvəndlərin hazırlanmasının zəruriliyini göstərir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir