Koronavirus xerceng

Koronavirus xərçəngin “oyanmasına” səbəb olurmu?

Baxış sayı: 679

Bəzi hallarda koronavirus infeksiyasının simptomları xərçəng hüceyrələrinin fəaliyyətinə səbəb ola bilər. Bu barədə Corc Mason Universitetinin Sistemlər Biologiyası Məktəbinin bioloqu Anç Baranova danışıb.

“Bir insanda uzun müddət yüksək temperaturun olması xoşagəlməz nəticələrə səbəb ola biləcək iltihabdır. Bu halda bədəndə sakit oturmuş şiş qoruyucu kapsulundan çıxıb bütün bədənə yayıla bilər”, – bioloq qeyd edib.

Eyni zamanda ekspert xərçəngin inkişaf sürətini azalda bilən, hətta şişi məhv edə biləcək onkolitik virusların mövcudluğundan bəhs edib:

“Bu cür möcüzələr təsvir edilir. Bir insan xəstələnir, ancaq bir-iki həftə sonra şişləri yanır”. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir