O qeyd edib ki, orqanizmin COVID-19 infeksiyasına antitel əmələ gətirməyə vaxtı az olduğundan insan xəstəliyi ya ağır keçirir, ya da ölür. Yüngül formalı xəstələrin immun sistemi isə infeksiya ilə digər yollarla mübarizə aparır: “Məlum oldu ki, bu virusla mübarizə o qədər də asan deyil. Bütün xəstələrdə antitelin meydana gəlməsi mənzərəsi eyni olmur. Çox yüngül və çox ciddi şəkildə xəstələnən insanlarda ya bu antitel ümumiyyətlə, əmələ gəlmir, ya da çox azlıq təşkil edir”, – deyə virusoloq bildirib.
Həkimin sözlərinə görə, antitelin ən böyük miqdarı koronavirusu orta ağırlıqda keçirən xəstələrdə aşkar edilir. COVİD-19 -a yoluxmuş, qan plazması ilə müalicə olunaraq sağalmış insanlarda virusa qarşı immunitetin yaranma müddəti isə hələ də açıq qalır. Əvvəllər isə qeyd edilirdi ki, ümumiyyətlə, koronavirusa yoluxmayan insanlar da var. Ona görə də virusoloq müəyyən növ protein əsasında vaksin hazırlamağı təklif edib.