koronavirus

Koronavirusu evlərdə ən çox bu yaşda olanlar yayır

Baxış sayı: 836

Yeni tip koronavirus-COVID-19-un evlərdə böyük yaşlı uşaqlar tərəfindən yayılma riski kiçik yaşlı uşaqlara nisbətən daha çoxdur.

“Gencaile.az” saytı xarici mediaya istinadən xəbər verir ki, bu, Cənubi Koreyadan olan alimlərin apardıqları araşdırmadan sonra gəlinən nəticədir. Cənubi Koreyada 5706 koronavirus xəstəsi və təmasda olduqları 59073 nəfərin müşahidəsi ilə aparılan araşdırmanın nəticələri ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin internet səhifəsində yer alıb.

COVID-19 xəstələrinin evdə təmasda olduqları şəxslərin təxminən 11,8 faizində COVID testləri pozitiv çıxıb. Yaşları 10-19 olan xəstələrlə yaşayanlarda isə bu göstəricinin 18,6 faiz olduğu məlum olub. Araşadırmada izlənən qruplar arasında COVID-19-un evdə ən yüksək yoluxma riskinin bu yaş arasında olan uşaqlardan qaynaqlandığı bildirilir.

Mütəxəssislər yaşı 10-dan az olan uşaqların xəstəliyi yayma faizinin çox az olduğunu bildiriblər. Amma hesab olunur ki, indi bağlı olan məktəblər açılanda bu durum dəyişə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir