Bəzən valideyinlər körpələrinin zəhərlənməsi barədə əlamətləri sezə bilmirlər. Bu da ağır nəticələr törədə bilir. “Gencaile.az”-ın təqdim etdiyi məqalə bu məsələdə valideyinlərə yardımçı olacaq.
Zəhərlənmənin simptomları:
– Ağızın və dodaqların kənarlarında qızartı və ya yanma. Bu o deməkdir ki, uşaq zəhərli nəsə içib.
– Uşağın nəfəsindən benzin və ya digər kimyəvi maddənin qoxusunun gəlməsi.
– Ürək bulanması, tənəffüsdə yaranan çətinlik, yuxululuq, şüurun qarışması və qıcolmalar.
Təcili yardım briqadası çatana qədər aşağıdakı tədbirləri görməlisiniz:
– Övladınızın nə yediyi və ya içdiyini aydınlaşdırmağa çalışın. Əgər bu təmizləyici vasitədirsə, həmin vasitənin paketini oxuyun. Orada yazılıb ki, zəhərlənmə zamanı nə etmək lazımdır.
– Əgər zəhər körpənin paltarına, dərisinə və ya gözünə düşübsə, paltarı dərhal çıxarın, dərini və gözü isə ilıq su ilə yuyun. Təcili yardımın gəlişinə qədər körpəni 20 dəqiqə ərzində duşun altında saxlamaq tövsiyə olunur.
– Dərman və ya zəhərin şüşəsini həkimlərə göstərin ki, müalicəni hansı istqamətdə aparmaq barədə araşdırmaya çox vaxt itirməsinlər.
Uşaq nəyisə udarkən boğulursa…
Körpə uşaqlar çox vaxt nəyisə udmağa çalışarkən, həmin predmet onların nəfəs borularına düşür. Bu zaman orqanizmə oksigen axını dayanır.
Belə hal baş verərkən, diqqətlə hərəkət etmək lazımdır.
– Körpənizin arxasında dayanın, onun qollarını ombalarını ətrafında saxlayın. Uşağı bir qədər qarşıya doğru əyin.
– Bir əlinizin yumruğunu körpənin göbəyindən yuxarı tutun.
– Yumruğunuzu yuxarıya doğru sıxın.
– Boğulma hissi dayanana qədər hərəkəti davam edin.