usaqlar

Körpənizin böyüdüyünü göstərən – 4 İŞARƏ

Baxış sayı: 909

Hərdən körpəniz müxtəlifliyi ilə diqqətinizi cəlb edir? Umutmayın ki, yarımçıq yatmaq və ya saatlarla yatmaq, çox yemək və ya iştahsızlıq, davalı olaraq dəyişən əhval-ruhiyyə kimi davranışında müşahidə olunan qısa müddətli bəzi hərəkətlər körpənizin böyüdüyünü göstərən işarələrdir.

 

Beləliklə, körpənizin böyüdüyünü göstərən işarələri təqdim edirik:

 

1 – Yuxu rejimi dəyişir

Bəzi körpələr böyüyən zaman daha çox, bəziləri isə daha az yatır. Yuxu “böyümə hormonu” olaraq adlandırılan ilkin böyümə hormonunun istehsalında vacib rol oynayır.

2 – Daha səs-küylü olur

Körpəniz böyüdükcə daha çox qışqırmağa, səs-küy salmağa başlayır. Ac və yorğun uşaq həddən artıq hay-küyçü olur. Bu zaman uşağınızda ağrıların olduğunu düşünürsünüz? Böyümə zamanı körpənizin sümüklərindəki vətər və əzələlərin gərilməsi bəzi ağrılara səbəb ola bilir.

3 – Davamlı olaraq acıması

Körpənizi tam olaraq qidalandırdığınızı düşündüyünüz halda uşaq yenə də yemək istəyə bilər. Davamlı olaraq nəsə yemək istəməsi uşağınızın böyüməsinə işarə olaraq adlandırıla bilər. Məsələn, əmizdirilən uşaq 24 saat ərzində çörək istəyə bilər.

4 – Mahir kələkbaz

Körpənizin hansısa oyuncaqla oynamasını, bir şeyi alqışlamasını və ya yeni bacarıqlarını böyüməsiylə əlaqələndirmək bir az çətindir. Lakin bir uşağın beyni dünyanı gəzməyi öyrənərkən bədəninin digər hissələriylə birlikdə fiziki olaraq genişlənir vəkəllə sümüyünün böyüməsinə, inkişaf etməsinə səbəb olur. Uşağınızın bacarıqlarından başqa, rol oynaması da onun böyüməsinə işarədir. Məsələn, sizə nəsə etdirə bilmək üçün ağlaması, üzülürmüş kimi etməsi və ya yalandan qəh-qəhə çəkməsi uşağınızın mahir kələkbaz olduğunun və onun böyüdüyünün göstəricisidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir