usaq

Körpənizin daha rahat diş çıxarması üçün ona necə kömək edə bilərsiniz?

Baxış sayı: 2. 170

Diş çıxarmaq körpə inkişafının vacib mərhələlərindən biridir. Bəzi körpələr 3-4 aylıqkən diş çıxara bilər. Dişlərin çıxmasının tamamlandığı 27-29-cu aya qədər körpələrdə diş çıxaran zaman narahatlıq olması normal qəbul edilir. Elə isə körpənizin daha rahat diş çıxarması üçün ona necə kömək edə bilərsiniz?

Diş çıxarmaq körpə inkişafının vacib mərhələlərindən biridir. Bəzi körpələr 3-4 aylıqkən diş çıxara bilər. Dişlərin çıxmasının tamamlandığı 27-29-cu aya qədər körpələrdə diş çıxaran zaman narahatlıq olması normal qəbul edilir. Elə isə körpənizin daha rahat diş çıxarması üçün ona necə kömək edə bilərsiniz?

 

Diş çıxarma əlamətləri hansılardır?

 

  • artan tüpürcək
  • yuxu nizamsızlığı
  • iştahasızlıq
  • narahatlıq
  • əllərini dişləməsi
  • ağız ətrafında yüngül tüpürcək

 

Körpələrdə diş çıxarma prosesi nə zaman başlayır?

Körpələrdə diş çıxarma dövrünün başlaması diş ətinin açılmasından əvvəl başlayır. Yuxarıdakı əlamətlər müşahidə edilməyə başladıqdan sonra ilk dişi görməyiniz 2-3 ay davam edə bilər.

 

Körpələr diş çıxararkən hərarəti və ya ishal olurmu?

Diş çıxarma dövründə körpənin hərarətinin 37-yə qədər yüksəlməsi normaldır. Lakin qızdırma 38 dərəcə və ya çoxdursa, eyni zamanda ishal olursa, diş çıxarmasına baxmayaraq həkimə müraciət edin. İshal, qızdırma kimi əlamətlər diş çıxartma ilə eyni anda başlasa da, fərqli xəstəliyin əlamətləri də ola bilər. Körpələr diş çıxardarkən xəstəliklərə daha tez tutulurlar və müalicəsi problemli ola bilər.

 

Diş çıxarma dövründə qidalanma

Türkiyəli uşaq xəstəlikləri mütəxəssisi  Elif Erkul bildirir ki, diş çıxardığı dövrdə körpənin diş ətləri çox həssaslaşır, yeməyi rədd edir, hətta çəkisi azalır: “Qidaları rədd edən körpənin köməyinə yalnız ana südü və əlavə qida çatacaq. Bu vəziyyətdə həyəcanlanmayın və körpəni yemək yeməyə məcbur etməyin. İştahasızlıq yaşayan körpənizə soyuq meyvə püresi və su verərək həm ağrısını yüngülləşdirmiş olarsınız, həm də qida və su itkisinin qarşısını alarsınız”.

Diş çıxarma müddətində körpənizə kömək etmək üçün onun qidalanmasına diqqət etməlisiniz. Bunun üçün həkimin məsləhətləri:

 

  • Bu dövrdə diş ətləri çox həssas olduğu üçün körpənizi mümkün qədər isti qidalardan uzaq tutun. İlıq, hətta soyuq yeməklərə üstünlük verin. Alma püresi, qatıq, pudinq kimi sərin qidalar körpənizə faydalı olacaq.
  • Körpənizə çeynəyə biləcəyi qidalar verin. Məsələn, soyuq bir banan və ya kök kimi.
  • Evdə çeynəyə biləcəyi biskvitlər hazırlayın. Bunları da dişlərini qaşıması üçün verə bilərsiniz.
  • Kərəviz sapı da yaxşı bir alternativdir. Kərəvizin rahatlaşdırıcı bir təsiri var. Bu təsir diş ağrısına da yaxşı təsir edir. Kərəviz saplarını kəsin, yuyun, 10 dəqiqə buzluqda soyuması üçün saxlayın. Sonra dişlərini qaşıması üçün körpənizə verin. Plastik diş qaşıma alətlərindən daha çox faydalıdır.
  • Fərqli tərəvəzləri küftənin içinə qatıb, soyuq halda ona verə bilərsiniz.
  • Kifayət qədər su içməsinə diqqət edin.
  • Evdə sıxılmış sərin meyvə sularına üstünlük verin. Beləcə, maye qəbulunu təmin edərkən bir tərəfdən də yemək payında azalan vitamin və minerallarla dəstək təmin edərsiniz.
  • Xüsusilə yay aylarında, ana südünü buz kublarına doldurub dondurun. Bunu da körpənizə verə bilərsiniz.
  • Körpəniz əmzik istifadə edirsə, əmziyi bir stəkan içməli suyun içinə salıb ucunu sıxıb-buraxaraq içinə su doldurun. Daha sonra buzluğa qoyun. Donduqdan sonra körpənizə verin. Yeməklərdən əvvəl dişlərini bir az bu formada sakitləşdirsəniz, yemək vaxtlarını daha məhsuldar keçirə bilər.

 

 

Körpə diş çıxararkən həkimə getmək lazımdırmı?

Uşaq ilk dişlərini çıxaran zaman həkimə müraciət etmək şərt deyil. Lakin diş çıxarma zamanı başqa bir problem də yaranarsa, bu barədə mütləq mütəxəssisə bildirmək lazımdır.

 

Körpənin diş çıxarma müddəti nə zaman başa çatır?

Üç yaşınadək uşağın 20 ədəd süd dişinin hamısının çıxması prosesi başa çatır. Qalıcı dişlər altı yaş ərəfəsində çıxır.

 

Körpələr diş çıxararkən dərman istifadəsi lazımdırmı?

Türkiyəli uşaq həkimi Gökhan Hoşun sözlərinə görə, aptekdən alına biləcək bəzi dərmanlar ağrı kəsmək məqsədiylə birbaşa diş ətlərinin üzərinə sürtülə bilər. Həmin dərmanlar diş ətlərini müəyyən bir müddət üçün keyidən maddələr ehtiva edir: “Bu dərmanlar qısa müddət üçün kömək ola bilərlər. Lakin bəzi uşaqlar bunların dad və ya yaratdığı təsiri bəyənmir. Bu dərmanlar körpənin boğazına təmas etməlidir. Çünki həmin bölgənin keyiməsi öymə refleksini yüngülləşdirə bilər”.

Həkim ağız yolu ilə alına biləcək ağrıkəsicilərdən də bəhs edib. O, parasetamol və ya ibuprofen ehtiva edən dərmanların ağrının azalmasında faydalı olduğunu əlavə edib: “Bunlar daha əvvəl bəhs edilən üsullar yoxlandıqdan sonra bir neçə dəfə verilə bilər. Diş çıxararkən çox dərman istifadə etmək düzgün deyil. Çünki alt qatda yatan başqa bir xəstəliyin hərarətini aşağı sala biləcəyi üçün valideynlər və həkim həmin xəstəlikdən xəbərsiz olarlar. Körpələrə aspirin ehtiva edən dərmanlar verilməməlidir”.

 

Bu əlamətlər isə diş çıxarma ilə əlaqədar olmaya bilər:

 

  • Hərarət
  • İshal
  • Davamlı narahatlıq
  • Bədəndə dəri qabıqlanıb tökülməsi

 

Körpələrin asan diş çıxarması üçün nə etmək lazımdır?

Türkiyəli mütəxəssis Esra Ertoğrulun körpənin diş çıxarma prosesini asanlaşdırmaq üçün təklifləri var. Həkim ilk növbədə körpəyə dişləyə biləcəyi əşya və ya meyvə-tərəvəz verilməsini məsləhət görür: “Körpənin çeynəyərək diş ətlərini qaşıya biləcəyi, xüsusilə banan və ya kök, rezin bir diş halqası və s. kimi şeylər verilə bilər. Körpənin çeynəyə bilməsi üçün bir şey verdiyiniz zaman ağciyərlərinə qaçmaması üçün mütləq yanında olun və oturar mövqedə olmasını təmin edin. Diş ətlərini yüngülcə keyitmək üçün həkim məsləhəti ilə verilən diş gellərini qidalanmazdan əvvəllər diş ətlərinə sürtün. Diş qaşıyıcı məhsul seçərkən plastik və boyalı olmamasına diqqət edin. Tədbirlərə baxmayaraq körpənizin çətinliyi azalmırsa, parasetamol vermək üçün həkiminlə məsləhətləşə bilərsiniz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir