Yeni doğulan körpələri ağız və ağız ətrafından öpmək yoluxucu xəstəliklərə səbəb ola bilər. Xalq arasında “öpüş xəstəliyi” olaraq bilinən Ebstein Barr Virusu (EBV) bu şəkildə yoluxur.
Mütəxəssislər hesab edir ki, körpələri “öpüş xəstəliyi”dən qorumaq üçün onları öpməyi qadağan etmək lazımdır.
Ətrafda dəfələrlə bu sözü eşitmisiniz: “Öpməkdən doya bilmədim, çox şirindir. Adamın yeməyi gəlir!”. Uşaqları öpmək heç də doğru deyil. Kənar adamların, yəni tanımadığımız kəslərin uşağınızı öpməsinə icazə vermək böyük bir səhvdir.
Xəstəlik hərarət, linfa damarları, dalaq və qaraciyərdə böyüməyə səbəb olur. Körpə və uşaqlara “öpüş xəstəliyi” yaxın təmas, ya da dodaqdan öpmə ilə yoluxur.
Körpələri ağız və ağız ətrafından öpmək olmaz. Ana və atalar nə olursa-olsun, uşaqları yad insanların öpüşündən qorumalıdır. Bu xəstəlik birdən və ya yavaş-yavaş istilik, baş ağrısı, titrəmə və iştahsızlıqla başlayıb, linfa damarlarında şişmə, şiddətli boğaz ağrısı ilə davam edir. Virus, körpələrdə qızdırmanı 39-40 dərəcəyə qədər yüksəldir.