Yay aylarında uşaqlarda sıx rastlanan problemlərdən biri bişməcədir. Bişməcə daha çox bezi az dəyişdirərkən, sıx-sıx sidiyə gedən, qatı qidaya başlayan və bezlərə qarşı allergiyası olan körpələrdə görülür.
Körpələrinizin bişməcə olmaması üçün bezi düzgün bağlamağın qaydalarını “Gencaile.az”-ın Aile.lent.az-a istinadən təqdim etdiyi bu yazıdan öyrənin.
Körpə dərisi yetkin dərisi ilə müqayisədə daha incədir. Sidikdə olan sidik cövhəri dərinin su tutma bacarığını artırır. Əgər sidiklə çox təmasda olarsa, dəri nəm tutaraq, daha tez korlanar. Dəri çox nəmlənəndə canlı təbəqələrə qıcıqlandırıcı maddələrin keçidi artar. Sidikdə dərini qıcıqlandıran bəzi maddələr var. İnək südü və manna ilə qidalanan körpələrin sidiyində də bu maddələr daha çoxdur.
Bəzi dəri problemləri dəri quruluğu ilə başlayır. Daha sonra qızartı və şişkinliklə davam edir. Uşağı dəri problemlərindən qorumaq üçün nələrə diqqət etməlisiz?
Bezini tez-tez dəyişdirin
Hava almayacaq qədər sıx bağlamayın
Hər dəfə təmizləyəndə yumanıza ehtiyac yoxdur
Altı kirlənəndə sabun istifadə etmədən ilıq su ilə yuyun
Lazımsız kosmetik vasitələrdən istifadə etməyin. Quruluğa yol açır.