Uşaqların sağlam həyat tərzi valideynləri ən çox narahat edən məsələlərdən biridir. Belə ki, uşaq əmziklərinin uşaqlara verilib verilməməsi valideynləri çox narahat edir. Bəziləri əmziklərin uşaqların dadbilmə, diş və damağına pis təsir etdiyini söyləyir, bəziləri isə əmziklərin heç bir pis təsirinin olmadığını söyləyirlər. Bəs uşağı əmziyə öyrətməliyik, ya yox?
Pediatrlar bu suala birmənalı cavab vermirlər, çünki bir tərəfdən uzunmüddətli əmzikdən istifadə uşağın diş-damaq sisteminə pis təsir göstərir, digər tərəfdən, uşaq çox ağlayırsa və onu sakitləşdirmək mümkün deyilsə, onda az da vermək lazımdır. İstənilən stress və narahatçılıq uşağın psixikasına və sağlamlığına pis təsir göstərir. Əgər körpə əmziksiz sakitdirsə, onda ehtiyac yoxdur əmzik verməyə.
Körpələri əmziyə öyrəşən valideynlərə məsləhət budur ki, uşağın müxtəlif oyuncaqlarla başını qatsınlar, belə ki, körpə əmzik əmərək özbaşına qalıb darıxmasın. Əgər uşaq əmziksiz yatmırsa, onda o, möhkəm yatana qədər əmzik ağzında qalsın, yuxuya gedən kimi ağzından mütləq çıxarmaq lazımdır. Gecə əmziyin uşağın ağzında qalması məsləhət deyil.