kasmetika

Kosmetik mallar evimizi və həyatımızı necə zəhərləyir?

Baxış sayı: 1. 768

Dezodorant, ətir, şampun və digər kosmetik və gigiyena məhsulları havanı siqaret və avtomobil tüstüsündən heç də az çirkləndirmir. Novator.az-ın məlumatına görə, bir qrup amerikalı alimin “Science” jurnalında dərc etdirdiyi məqalədə belə deyilir.

Alimlər qeyd edirlər ki, benzin tamam kip konteynerlərdə saxlandığına görə onun tərkibindəki buxarlı maddələr adətən avtomobilin mühərrikində yanır. Digər tərəfdən həmin maddələr məhz yaxşı buxarlandığı üçün şəxsi gigiyena məhsullarında da istifadə olunur. İnsanlar bu məhsulların ətrindən xoşlanırlar, benzini isə iyləyən yoxdur.

Alimlər deyirlər ki, bu gün dünyanın iri şəhərlərində havanı təkcə avtomobillərdən çıxan işlənmiş qaz deyil, həm də sakinlərin mənzillərindəki hava çirkləndirir. Çünki həmin havanın tərkibində də zərərli maddələr var.

Mütəxəssislər vurğulayıblar ki, onlar tədqiqat aparanda bu dəfə kükürd dioksid qazı və ya nitrat turşusunun buxarı kimi ümumi qeyri-üzvi çirkləndiricilərlə yox, orqanizmdə xərçəng və ciddi hormonal pozuntu yaradan müxtəlif buxarlı üzvi maddələrlə maraqlanıblar.

Belə maddələr neftdə, benzindədir, bir də onların yanması nəticəsində əmələ gəlir. Bir qayda olaraq hesab olunur ki, bu maddələri avtomobillər, yanacaqdoldurma məntəqələri və zavodlar ətrafa yayır.

ABŞ-ın ekoloji idarələrinin topladığı statistikanı analiz edən və Los-Ancelesdə havanın çirklənmə səviyyəsini ölçən alimlər aşkarlayıblar ki, indi havanı çirkləndirən başlıca mənbə avtomobil və ya sənaye müəssisələri deyil, kosmetik mallar, məişət məhsullarıdır.

Araşdırma evlərin içində buxarlanan zərərli maddələrin küçədəkindən 10 dəfə artıq olduğunu göstərib. Bunun kökündə isə karbohidrogen xammalından alınan kosmetik məhsullar durur.

Belə maddələr nəinki həmin mənzillərdə yaşayan insanların xərçəng və digər xəstəliklərə tutulma riskini artırır, habelə atmosferin aşağı qatında ozonun formalaşmasına səbəb olaraq ümumən ekologiyaya mənfi təsir göstərir. Ozon tüstünün əsas komponentidir və o, astma və digər ağ ciyər xəstəliklərinin yaranmasına gətirib çıxara bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir