kasmetika

Kosmetika istehsalçılarının bizi inandırdığı 10 YALAN

Baxış sayı: 1. 439

Çox vaxt kosmetik məhsulların yeni reklamı və ya parlaq qablaşdırması bizi yeni məhsul almağa vadar edir. Lakin vizajist, “Paula Begoun” kitabının müəllifi və kosmetik ekspert iddia edir ki, müştəriləri aldadan istehsalçılara inanmaq lazım deyil.

“Gencaile.az” marketinqin ən geniş yayılmış fəndlərinin qısa siyahısını təqdim edir.

 

Kosmetika istehsalçılarının bizi inandırdığı 10 YALAN

 

Birinci yalan: Brend nə qədər məşhurdursa, məhsulları bir o qədər keyfiyyətlidir

Kosmetik vasitələrin təsir qüvvəsi yalnız onun kimyəvi tərkibi ilə əlaqədardır, ona görə də nə marka, nə onu buraxan firma, nə də preparatın qiyməti məhsulu effektiv etmir. Bütün sirr məhsulun tərkibindədir.

 

İkinci yalan: Qırışlar əleyhinə krem mövcuddur

Həm gənc, həm də daha yaşlı vaxtlarda xanımlar öz dəri tipinə uyğun ən münasib vasitələri müəyyən etməli və istifadə etməlidir. Təəssüf ki, qocalığı dayandıran hər hansı krem yoxdur. Marketoloqlar yaşa görə kosmetik vasitələr dedikdə piqmentasiyadan qurtulmağa kömək edən, dərinin elastikliyini yaxşılaşdıran və qırışları daha nəzərə çarpan edən məhsulları nəzərə tutur.

 

Üçüncü yalan: Göz ətrafı dəri üçün xüsusi krem lazımdır

Göz ətrafı dəri üçün məlhəm kremdən demək olar ki, heç nə ilə fərqlənmir. Bu, sadəcə daha kiçik formada qablaşdırılmış və daha böyük qiymətə satılan və ya alıcılara sırınan məhsuldur. Kremlərin üstündəki “Göz ətrafına dəyməməlidir” sözünü isə şampunların da üstündə qeyd olunan “Gözün içinə düşməsindən çəkinin” mənasında anlamaq lazımdır. Əslində, hər şey sadədir.

 

Dördüncü yalan: Kremin köməyi ilə sellülitlərdən qurtulmaq olar

Əgər bu, həqiqət olsa idi, modellərin şəkillərində fotoşopdan istifadə olunmazdı. Son vaxtlarda aparılanmış elmi tədqiqatlar göstərir ki, kremlərlə sellilüti aradan qaldırmaq mümkün deyil. Və buna dair heç bir sübut yoxdur. Sellülit problemi yalnız pəhriz, fitnes və masaj aparatı proseduraları ilə aradan qaldırmaq olar. Lakin bütün kremlər bu istiqamətdə eyni dərəcədə effektiv deyil.

 

Beşinci yalan: Təbii tərkibli kosmetika daha yaxşıdır

Əslində, təbii tərkibli kosmetik məhsullar şirkətlərin apardığı piar-gedişidir. Mövcud məhsulun tərkibinin orqanik olması onun təsir qüvvəsini təsdiqləmir. “Orqanik kosmetika” təhlükəsiz ola bilər, çünki zərərli maddələr ehtiva etmir, lakin bu, onun səmərəli olmasının göstəricisi deyil. Bununla belə istehsalçılar orqanik məhsulların müalicəvi xassələrini saxlamağa kömək edən kremin kimyəvi tərkibini gizli saxlayırlar.

 

Altıncı yalan: Krem mimik qırışları aradan qaldırır

Göz və ya dodaq ətrafında yaranmış mimik qırışları aradan qaldıran kosmetik vasitələr yoxdur. Botoks və ya inyeksiya preparatları ilə müqayisə olunan məhsullar yoxdur. Təəssüf ki, elm hələlik belə uzağa getməyib.

 

Yeddinci yalan: Gündən qoruyucu kremini yalnız çimərlikdə yanmamaq üçün çəkmək lazımdır

Gündən qoruyucu kremlər dərini qırışlar, piqment ləkələrdən müdafiə edir, eləcə də dəri elastikliyinə cavabdeh sayılan kollagen istehsalını artırır. Odur ki, günəşin mənfi şualarından müdafiə edən SPF tərkibli kremlərin istifadəsinə qış aylarında da etina etməyə dəyməz. Bu, nəmləndirici krem və ya SPF tərkibli krem ola bilər. Ən əsası onun tərkibində sink oksidi, titanium dioksidi və ya avobenzon olmasına diqqət edin.

 

Səkkizinci yalan: Şampun saç tökülməsini dayandıra bilər

Cəlbedici qablaşdırma sizi aldatmasın, hər hansı şampunun saç tökülməsinə heç bir təsiri yoxdur. Onun başlıca vəzifəsi saçları təmizləməkdir. Burada nə qiymətin, nə brendin heç bir əhəmiyyəti yoxdur. Yəni, onun tərkibinə marketoloqların təriflədiyi heç qəribə komponentlər daxil ola bilməz. Saçların sağlam olmasının sirri saç üçün maskalar və balzam-kondisionerlərdir.

 

Doqquzuncu yalan: Saçları onlara zərər vermədən rəngləmək olar

Boyaların əsas funksiyası saç piqmentini məhv etmək və başqa rəngin piqmentini tətbiq etməkdir. Əgər rəng qalıcıdırsa, piqment saçlarda 3 aya qədər qalacaq, əgər qeyri-sabitdirsə, rəng bir həftədən sonra yuyulduqca çıxacaq. Hansı saç boyası zərər vermir? Cavab sadədir: Saçların piqmentini pozmayan. Lakin bu zaman saç boyasının heç bir effekti olmayacaq. Buradan belə nəticəyə gəlirik ki, bütün saç boyaları göz qabağındadır və onları hamısı eyni dərəcədə təsir göstərir. Onların heç biri (təbii xınanı çıxmaq şərti ilə ) saç üçün ziyansız ola bilməz.

 

Onuncu yalan: Qaralmaq təhlükəsizdir

Qaralmaq nə çimərlikdə, nə də solyariumda təhlükəsizdir. Əgər siz ən təhlükəsiz şəkildə qaralmaq və dəri tonunun şokolad kimi olmasını arzu edirsinzisə, ən yaxşı avtoqaralma istifadə edin. Bu məhsul dərini təravətləndirir və nəmləndirir, cəmi 3 saatdan sonra ona eyni bərabərdə, təbii və gözəl qaralma çaları bəxş edir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir