Yay fəsli daha çox dəniz mövsümü olduğundan yayda insanları həm dənizdə istirahət edərkən ideal çəkidə olmaq məsələsi düşündürür. Bunun üçün isə düzgün qidalanma əsas şərtlərdəndir. Bu baxımdan bibər salatı arıqlamaq istəyənlər üçün çox effektlidir. Bunu nəzərə alan “Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında bibər salatının reseptini təqdim edir:
Ərzaqlar:
Közlənmiş qırmızı bibər
Qatıq
2 diş sarımsaq
Duz
Üstü üçün:
2 qaşıq bitki yağı
İstiot
Hazırlanması:
Közlənmiş qırmızı bibərləri boşqaba qoyun. Qatığın içinə sarımsağı sürtgəcdən keçirib duzunu da əlavə edib yaxşıca qarışdırın. Közlənmiş istiotu üzərinə tökün. Bitki yağı ilə istiotu qarışdırıb salatın üzərinə əlavə edin.
Nuş olsun!