“Gencaile.az” saytının hər “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə kremli toyuq şorbasının hazırlanma qaydasından bəhs edəcəyik
İçindəkilər
Toyuq suyu – 1 lt.
Krem – 100 ml.
Bişmiş toyuq əti – 50 qr.
Toyuq sümüyü – 500 qr.
Kərə yağı – 60 qr.
Un – 60 qr.
Hazırlanması
Yağ və unu qovurun. Taxta qaşıqla qarışdıra-qarışdıra toyuq suyunu əlavə edin. Sümükləri qaynadın, süzün və şorbaya əlavə edin. Şorbanı qaynadın, duz, istiot əlavə edib yenə 45 dəqiqə az odda qaynadın. Süzgəcdən keçirdib təmiz qazanda bir də qaynadın və kremi şorbaya əlavə edin. Toyqu ətini xırda-xırda doğrayın, isidib şorbaya əlavə edin. Qarışdırın və servis edin.
Məsudə Sultan