“Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında krevetka salatının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
150 q çerri pomidoru
10 ədəd bildirçin yumurtası
3 dilim ağ çörək
200 q kral krevetkası
kahı
2 x.q. soya sousu
təzə zəncəfil
zeytun yağı
2 diş sarımsaq
50 q parmezan pendiri
Hazırlanma qaydası
Öncə suxarıları hazırlayın. Sarımsağı əzib yağla qarışdırın. Çörəyi xırda kubik doğrayın. Sarımsaqlı yağda qızılı rəng alanadək qovurun. Krevetkalar üçün öncə marinad hazırlayın. Zəncəfili sürtgəcdən keçirin, 1 diş sarımsağı əzin, bunları soya sousu ilə qarışdırın. Bu sousu krevetkaların üzərinə töküb 15 dəqiqə saxlayın. Tavanı qızdırın. Krevetkaları içinə düzün, marinadı da üzərinə tökün. Sous qaynayanadək bişirin. Krevetkaları çıxarın, marinadı isə qatılaşanadək bişirin (bu, salatın sousu olacaq). Salat qabına kahı yarpaqları döşəyin. Pomidorları doğrayıb kahının üstündən düzün. Bişmiş bildirçin yumurtalarını yarı bölün. Suxarıları səpin. Krevetkaları düzün. Üzərinə sousu gəzdirib parmezan səpin.
Nuş olsun!
Təqdim etdi: Aydan Kərimli