Krevetkalı spagetti

Krevetkalı spagettini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 888

“Gencaile.az” saytının “Harda nə yüyək?” rubrikasında bu gün oxucularımıza krevetkalı spagettinin hazlırlanmasından bəhs edəcəyik.

 

İnqrediyentlər

1 qutu spagetti

0,5 kq krevetka

1 ədəd kök

1 baş soğan

2 diş sarımsaq

1 ədəd bolqar bibəri

3 x.q. yağ

 

Hazırlanma mərhələsi

Spagetti adi qaydada bişirilib, süzülür. Krevetkalar təmizlənir, yaxşı yuyulur. Baş soğan orta kəsilir. Sarımsaq xırda doğranılır. Yağda qovrulur. İçinə sürtgəcdən keçirilmiş kök əlavə edilir. Bibər uzunsov və nazik doğranılır, əlavə edilir. Tərəvəzlər qızaranda krevetkalar əlavə edilir və 3-5 dəqiqə qızardılır. Krevetkalar çox qızaranda bərk olur. Duz, istiot əlavə edilir. Bişmiş spagettinin üzərinə əlavə edilir.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir