GEYIM

Küçə modasından yeni geyim nümunələri – FOTOLAR

Baxış sayı: 1. 256

Küçə modası ən çox inkişaf edən və araşdıılan trendlər arasındadır. Bəzi insanlar gündəlik nə geyinəcəkləri ilə bağlı qərar verə bilmirlər. Buna görə də hər həftə küçə modasının ən çox seçilən hissələrindən geyim nümunələrini sizlər üçün təqdim edirik. Budur, qarderobunuzda ən çox yer almalı olan geyim siyahısı.

“Gencaile.az” saytı  Türkiyə mətbuatına istinadən həmin geyim nümunələrini təqdim edir:

Mövsümün tendensiyalarından olan paltolar və uzun belli şalvarlar alış-veriş siyahısında mütləq yer almalıdır. Bu parçaları kombinənizin əsas hissəsinə çevirsəniz, çox zərif bir görünüş əldə edəcəksiniz.

Bildiyiniz kimi, bu ilin rəngi klassik mavidir. Bu rəngi gödəkcələrdə, paltarlarda və ya aksesuarlarda istifadə edə bilərsiniz.

Trikotaj və ya atlaz paltarları həm gündəlik, həm də məclislər üçün geyimlərinizdə asanlıqla istifadə edə bilərsiniz. Bu paltarları uzun paltolarınızla kombinə də edə bilərsiniz.

Heyvan dərisindən olan geyimlər kombinənizə ciddi bir xarakter əlavə etməklə yanaşı, həm də sizi dəbli göstərəcək. Lakin bu parçadan olan geyimləri istifadə edərkən qarışıqlıq yaratmamaq üçün diqqətli olmalısınız.

 

 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir