5678990

Küçələrdə, skamyaların üstündə yatan məşhurların UĞUR HEKAYƏSİ

Baxış sayı: 1. 462

Sevdiyimiz məşhurları televiziya proqramlarında həmişə qəhqəhə atarkən, şən əhvalda görürük. Həyatları qüsursuz, işləri asan görünür. Yalnız sevdikləri işlə məşğul olub milyonlar qazanırlar deyə düşünürük. Lakin bəzilərinin həyatları haqqında bilmədiyimiz məqamlar da var. “Gencaile.az” “Ailem.az”-a istinadən sizə həyatın çətinliklərindən keçib, uğur zirvəsinə yüksələn məşhurları təqdim edir.

 

Jim Carrey


Jim Carreyin atası işdən çıxarıldığında və ailə evsiz qaldığında kiçik bir karavanın (maşının içində ev) içində yaşamağa başlayıblar. Karavanı Kanadanın demək olar ki, bütün bölgələrində fərqli-fərqli yerlərə park edərək həyatlarını sürdürüblər.
Jim Carrey 16 yaşına çatanda məktəbdən çıxıb kiçik təqlid tamaşaları və stand up şoularıyla ailəsinə dəstək olmağa qərar verib.

 

Halle Berry


Halle Berry 20 yaşlarında aktyor olmaq ümidi ilə Çikaqoya köçür. Lakin qısa zamanda pulu tükənir və anası ona yardım etməyi rədd edir. Tamamilə pulsuz və qalmağa yeri olmadan keçən bu günlərdə Halle Berry kimsəsizlər evinə gedir.

Berry həmin vaxtların həyatının ən çətin dönəmi olduğunu, lakin eyni zamanda özünü necə qoruyacağını və həyatının əslində öz əllərində olduğunu öyrəndiyini söyləyir. Onun evsiz qalmasından və barmenlikdən aktyorluğa qədər uzanan həyat hekayəsi belə başlayır.

 

Jennifer Lopez

Jennifer Lopez hələ 18 yaşında ikən karyerasını rəqqasəlik üzərində qurmaq istədiyi üçün anası ilə böyük bir fikir ayrılığı yaşayır. Buna görə o, gecə vaxtı evi tərk edir və bir rəqs studiyasında kresloda yatır. Yalnız bir neçə aydan sonra Avropada bir rəqqasə olaraq iş tapır.

Los Ancelesə geri döndüyündə o zamanların məşhur televiziya proqramı olan “İn Living Color”da “Fly Girls” adlı rəqs qrupu ilə qalib olur. Bütün bunların hamısı yalnız bir il ərzində həyata keçir.

 

Charlie Chaplin


Charlie Chaplini tanımayan birini tapmaq çox çətindir. Atası bir alkoqolik olaraq öldüyündə Chaplin 10 yaşında idi. Anası isə ruhi xəstəxanada yatırdı.
Chaplin 14 yaşında ikən yalnız və pis vəziyyətdə yaşayırdı. Küçələrdə yatıb-durur və yemək tapmırdı. O da kloun qiyafəsində komik şoular göstərməyə başlayır və milyonların heyran olduğu ilk komediya aktyoru olmaq müvəffəqiyyətini qazanır.

 

Daniel Craig


Həmişə güclü və şık gördüyümüz Daniel Craig, digər adı ilə James Bond heç də hər zaman bu qədər məşhur və varlı deyildi. Bir zamanlar adi bir ofisiant idi və ara-sıra parklarda skamyanın üstündə yatmaq məcburiyyətində qalmışdı. Məşhur aktyor olmaq romantizmlə deyil, çox çalışmaq, qərarlılıq, inanc və əzmlə həyata keçir. Daniel Craig isə bu iki yönünü də qorudu və xəyallarına çatmağı bacardı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir