“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə küftəli qatıq şorbasının hazırlanmasının qaydasını təqdim edəcəyik.
Küftəli qatıq şorbası üçün lazım olan ərzaqlar:
0.500 kq qiymə,
2 su stəkanı qatıq,
3 yemək qaşığı un ,
3 stəkan su ,
1 çay qaşığı duz,
2 yemək qaşığı zeytun yağı ,
2 yemək qaşığı quru nanə,
1 çay qaşığı pul bibər
Küftəli qatıq şorbasının hazırlanma qaydası:
Küftənin malzəmələrini bir qaba alaraq gözəlcə yoğurun. Daha sonra kiçik-kiçik parçalara ayırın. Parçaları iki ovcunuzun içində yuvarlayıb kiçik küftələr düzəldin. Küftələrin yapışmaması üçün una bulayın. Üç su stəkanı suyu bir qazana alaraq qaynadın. Qaynayan suya küftələri ataraq 10 dəqiqə bişirin. Ayrı bir qabda qatıq və unu yaxşıca qarışdırın. Küftələrin suyundan alaraq qatıqlı una qarışdırın. Hazırladığınız qatığı küftələrin üzərinə yavaş -yavaş əlavə edin. Qatığı əlavə edərkən vam odda bişirdiyiniz şorbanı sürətli qarışdırın. Təkrar qaynayana qədər yavaş -yavaş qarışdıraraq 10 dəqiqə daha bişirin. Bişdikdən sonra duzunu əlavə edin. Sonda isə üzərinə yağda qovurduğunuz pul bibər və quru nanə əlavə edin. Xörəyi isti halda servis edə bilərsiniz.
Təqdim etdi: Məsudə Sultan