Kürək dekolteli geyimlərdən istifadə edən qadınlar digər dekolteli geyimlər geyinən qadınlardan daha cəlbedici görünürlər. Siz də, kürək dekoltesini sevirsinizsə və düzgün şəkildə geyinməyin yollarını bilmək istəyirsinizsə, kursorunuzu aşağıya doğru hərəkət etdirərək bu qaydalarla tanış ola bilərsiniz. Buyurun!
Kürək dekolteli geyimlə maksimum şəkildə necə cəlbedici görünüş əldə etmək olar?
İlk diqqət etməli olunacq nüans arxa tərəfin diqqətçəkən, ön hissənin isə eleqant görünüşdə olmasını təmin etməkdir. Belə olduqda cəlbedici görünüş əldə etmək olar.
Kürək dekolteli geyimlə necə bustqalter istifadə olunmalı?
Əgər kürək dekolteli paltar geyinəcəksinizsə bu zaman diqqət etməli olduğunuz nüanslardan biri düzgün bustqalter seçməyinizdir. Dekoltenin genişliyinə görə müxtəlif bustqalterlər seçə bilərsiniz. İlk seçim bağı aşağıdan olan büstqalterdir. Bu bustqalter belinizə tam oturacaq, eyni zamanda da sinənizi daha da gözəl göstərəcək. İkinci seçim isə boyundan bağlanan bustqalerdir. Bu zaman da bustqalterin bağı geyimin boyun hissəsinin altında qalaraq dekoltenizi qüsursuz edəcək.
Şəffaf bağları olan büstqalterlər isə kürək dekoltesində xoşagəlməz, səliqəsiz görüntü yaradır. Bu da kürək dekoltenizin cəlbediciliyini aşağı salır.
Kürək dekolteli paltar necə geyinilməli?
– Əgər kürək dəriniz baxımlı deyilsə buna diqqət etməlisiniz. Dekolteniz əgər bu hissədə olacaqsa kürəyinizin baxımlı, gözoxşayan olması zəruridir. Əks halda səpgili, qırışlı dəri cəlbedici təsir bağışlamaz. Kürək dərinizin baxımlı olmasını təmin etmək istəyirsinizsə hər gün duş alın və yumşaldıcı maskalardan istifadə edin.
– Kürək dekolteli geyimlərdən istifadə edərkən ayaqqabı seçiminizə də önəm verin. Bu tip dekolteli geyimlərlə daha çox hündür dabanlı ayaqqabılar kombinlənir.
– Seksi bir görüntü əldə etmək arzusundasınızsa, bu zaman qısa kürək dekolteli geyimlərə üstünlük verin.
– Kürək dekolteli geyimdən istifadə etdiyiniz zaman hərəkətlərinizi də nəzarətdə saxlayın. Bu tip geyimləri qürürlu şəkildə duran baş və geri çəkilən çiyinlər ilə daha da cəlbedici edə bilərsiniz.
– Bu tip geyimlərlə aksessuarlarınızın sayını maksimum azaldın. Çünki kürək dekolteli geyim özü ayrılıqda eleqant və gözəl parçadır. Daha çox aksessuarla onu daha da gözəbatan etməyin.
– Kürək dekolteli geyimlərlə çalışın saçlarınızı topuz və ya yarım topuz yığın. (Foxy.az)