Bəzi cahil insanların düşüncələrinə görə, ayın 13-ü cüməyə təsadüf edəndə bu gün onların həyatına bədbəxtlik və xoşagəlməz hadisələr gətirir. İnanclara görə, bu gün mühüm hadisələri həyata keçirmək heç məsləhət deyil. Xurafatçı inanclara görə “Ayın 13-ü Cümə günü” şeytanların, vampirlərin bir yerə toplandığı bir gündür. Gecə yarısı olan kimi, bu bədheybətlər ətrafa dəhşət saçan əməllər törədirlər.
Bu vahiməli gün ilə bağlı bəzi maraqlı faktlar var:
Qorxu saçan bir gün dünya xalqları içində çox yayılıb. Hətta bəzi xəstəxanalarda 13 rəqəmi altında palata yoxdur, bəzi hava limanlarında 13-cü terminal yoxdur və yaxud Yaponiyada yerləşən göydələnlərdə 13-cü mərtəbəyə rast gəlmək çox çətindir, 12-ci mərtəbədən sonra 14-cü mərtəbə gəlir.
Bəzi mistik inanclara görə “Ayın 13-ü Cümə günü”-nün tarixi 1307-ci il ilə bağlıdır. Məsələn, 1307-ci ilin ayın 13-ü cümə gününə təsadüf edib. Bu gün fransız kralı IV Fillipin əmri ilə məşhur Tamplierlər ordeni dağılmışdır. Bu gündən başlayaraq Tamplier ordeni lənətlənmiş hesab olunurdu.
Avropa ölkələrində də bu lənətlənmiş günü heç xoşlamırlar. Vyana şəhərinin parklarından birində yerləşən “Şeytan təkəri” adlanan yellənçəkdə 13-cü kabin düzəltməyiblər.
Rəvayətlərə görə, iblis Həvvanı məs “ Ayın 13-ü Cümə günü “ yoldan çıxarıb və o da qadağan olunmuş ağacın meyvəsini məhz həmin gün yeyib.
Böyük Britaniyada yanvarın 13-ü 1989-ci il cümə gününə təsadüf edib və həmin gün bütün kompyüter sistemi “Friday 13” virusuna yoluxub. Bu virusun fərqli adı da var “ Jerusalem” və bu virus məhz “Ayın 13-ü Cümə günü “-də aktiv olur.
1453-cü ildə bu lənətlənmiş gündə xristianların mədəniyyət mərkəzi olan Konstantinopol türklər tərəfindən tutulub və bu gündən sonra bütün xristian dünyası 13 rəqəmindən çəkinir.
Qorxulu gündən dünyaca məşhur olan insanlar belə çəkinirmiş. Napoleon Bonapart bu gün hərbi səfərlərini və vacib işlərini təxirə salırdı. Məşhur italyan bəstəkarı Rossini bu lənətlənmiş gündən çox qorxurdu və onun ölüm tarixi belə cümə günü 13 noyabr 1868-ci ilə təsadüf etmişdir.
ABŞ-ın İndiana ştatında sakinlər həmin gün qara pişiklərə zil taxıb, küçəyə buraxırlar ki, onlar bütün qara qüvvələri vahiməyə salsın. ABŞ-da bu gün cahil insanlar işə getmir və ayın 13-ü cümə gününə təsadüf edəndə ölkə 120 milyon ziyana düşür.
Psixoterapevtlər bu gündən çəkinən insanları müalicə edirlər və qəribə xəstəliyin adını “paraskavedekatriofobiya” adlandırırlar (paraskeva-cümə günü,dekatria-13 deməkdir).Psixoterapevtlərin sözlərinə görə, bu sözü səhvsiz təkrar edən insan bütün problemlərdən azad edilir və xoşbəxt gələcəyə inamı daha da artır.
Bostondan olan milyonçu Tomas Louson “Cümə günü 13”adlı bir kitab yazmışdı. Bu kitabda bütün əmək birjası işçilərinin fırıldaqları haqqında ətraflı məlumat vermişdir. Hətta bu maraqlı əsərində cahil məmurlardan belə söz açmışdı.
Maraqlı təsadüflərdən biridə odur ki, “Thomas W. Lawson” adını daşıyan məşhur gəmi 5 ildir ki səyahətə çıxmırdı. Lakin cümə günü bütün heyəti ilə ilk reysinə çıxan bu gəmi, bütün heyəti ilə itkin düşür. Bir müddət sonra həmin dəhşətli tarixdə gəmiyə aid olan bir kitab işıq üzü görmüşdü.
Samirə Tağıyeva