Xəmir üçün:
5 su stəkanı un
2 su stəkanı ilıq su
12 qr yaş maya
1 şorba qaşığı zeytunyağı
1 şorba qaşığı duz
1 çay qaşığı toz şəkəri
iç üçün:
750 qr qıyma (Dana əti və ya qoyun əti)
2 ədəd böyük boy soğan
2 ədəd böyük boy pomidor
2 ədəd acı bibər
1 dəstə cəfəri
1,5 yemək qaşığı bibər pastası
1 yemək qaşığı tomat pastası
1 yemək qaşığı İstiot – pul bibər
1 çay qaşığı duz
Hazırlanması:
1.Geniş bir qabın içərisində su, maya və şəkər qarışdırıb, 10 dəqiqə istirahət etdirin.
2.İçərisinə zeytunyağını əlavə edib qarışdırın.
3.Un, duz qarışığını yavaş yavaş əlavə edin. Yumşaq bir xəmir əldə edənə qədər yoğurun və 30 dəqiqə üzəri nəmli bez ilə bağlı olacaq şəkildə istirahət etdirin.
4.Mayalanan xəmiri 5 dəqiqə daha yoğurun, kündələrə ayırın və istirahət etdirin.
5.Soğan cəfəri bibər və pomidorları incə incə doğrayın, geniş bir qaba alın.
6.İçərisinə qıyma tomatları və ədviyyatları əlavə edib yaxşıca qarışdırın.
7.30 dəqiqə buz şkafında istirahət etdirin.
8.Kündələri mərdanə köməyi ilə istər yumru istər uzunlamasına açın.
9.Üzərinə hazırladığımız içliyi bolluca yayın
10.Bütün kündələr üçün bu cür eyni qaydada tətbiq edin.
11.180 dərəcə isidilmiş sobada yüngül qızarana qədər bişirin.
12.İsti servis edin. Nuş olsun.