Ləvəngi süfrəmizin sevimli təamıdır, ancaq hazırlamaq gələndə xanımlar şübhəsiz iki dəfə düşünürlər. Ümid edirik ki, bu video resept sizi çox düşünməyə qoymayacaq:
Ərzaqlar:
Toyuq 150-200 qram
Üyüdülmüş qoz
1 baş soğan
Turşu
Duz
İstiot
Hazırlanması: Sürtgəcdən keçirilmiş soğanı, iki xörək qaşığı turşunu üyüdülmüş qoza qatın. Zövqə görə duz, istiot qatıb yaxşı qarışdırın. İçlik bərk olmalıdır. Təmizlənmiş toyuğu duzlayıb, istiotlayın. Daha sonra turşunu həm toyuğun içinə, həm də üstünə çəkin.
Sonra içliyi doldurun. Sinə hissəsindən azca kəsib boş hissəyə içlikdən qoyun. Bişmə prosesində içlik dağılmasın deyə açıq qalan yerləri ya kürdanla bağlaya, ya da sapla tikə bilərsiniz. 45-60 dəqiqə, 200-220 dərəcə alt-üst yandırılmış sobada bişirin.
Nuş olsun!