limon

Limon suyunun 10 faydası

Baxış sayı: 2. 095

Daha çox yeməklərdə istifadə etdiyimiz limon suyunun nə qədər faydalı olduğunu bilirsinizmi?

Limon suyu həzm sistemimizdən immunitet sistemimizə qədər sağlamlığımız üçün çox faydalıdır. Digər tərəfdən, limon suyu vitamin və mineral mənbəyi kimi də məlumdur (məsələn, vitaminlərdən C, B1, B3, B6 və B9 vitaminləri, minerallardan isə kalsium, kalium, dəmir, maqnezium və sink mineralları kimi). Təkcə onu demək kifayətdir ki, limon suyunun tərkibində olan kalium almanın və ya üzümün tərkibində olan kaliumdan daha çoxdur. Digər tərəfdən, hər səhər çay və ya qəhvə yerinə limon suyu içmək (təbii ki, ilıq olmaq şərti ilə) gün ərzində özümüzü daha gümrah hiss etmək deməkdir. Bəs limon suyunun digər faydaları hansılardır?..

1. İmmunitet sistemini möhkəmləndirir: C vitamini immunitet sistemini möhkəmləndirir. Limon isə (təbii ki, limon suyu da) əsl C vitamini mənbəyidir. Digər tərəfdən, limon suyu stresə qarşı istifadə etdiyimiz əsas qidalardan biridir.

2. Təbii kalium mənbəyidir: Limon suyunun ürək, beyin və sinir sisteminin fəaliyyətinin nizamlanmasında da rolu böyükdür. Buna səbəb isə, ilk növbədə, limon suyunun kaliumla zəngin olmasıdır.

3. Həzm sisteminə kömək edir: Limon suyu həzm sistemini toksinlərdən təmizləyir və nəticədə bu da sağlam həzmə kömək edir. Digər tərəfdən, limıon suyu mədə qıcqırması, mədə köpməsi kimi həzmsizlik problemlərini də aradan qaldırır.

4. Orqanizmi toksinlərdən təmizləyir: Fermentlərin fəaliyyətini yaxşılaşdıraraq, həmçinin qara ciyərin fəaliyyətini artıraraq orqanizmdəki toksinləri təmizləməyə imkan verir.

5. Diş ağrısını aradan qaldırır: Limon suyu diş ağrısının (həmçinin, diş iltihabının) aradan qalxmasına kömək edir. Ancaq limonun tərkibindəki limon turşusu diş minasını aşındırdığı üçün limon suyunu içdikdən sonra dişləri fırçalamaq lazımdır.

6. Dərimizi ləkələrdən qoruyur: Limon suyundakı antioksidantlar təkcə dəridəki ləkələri azaltmaqla kifayətlənmir, həmçinin dəridəki qırışları da azaldır. Digər tərəfdən, limon suyunu ləkə izlərinə, həmçinin yara izlərinə tətbiq etməklə də azaltmaq olar.

7. Artıq çəkidən xilas edir: Limonun tərkibində olan pektin lifi aclıqla mübarizədə ən yaxşı vasitədir.

8. İltihabı azaltmaqda liderdir: Əgər müntəzəm şəkildə limon suyu içsəniz, orqanizminizdəki xəstəliyə yol açan turşuluq dərəcəsi azalar. Digər tərəfdən, limon suyu iltihabın əsas səbəblərindən biri olan sidik turşusunu da aradan qaldırır.

9. Ən yaxşı enerji mənbəyidir: Limon suyu vitamin və mineral mənbəyi olmaqla yanaşı, həm də enerji mənbəyidir. Eyni zamanda limon suyu depressiyanı aradan qaldırmağa da kömək edir. Hətta, limon iyinin sinir sisteminə sakitləşdirici təsiri də var.

10. Virus mənşəli infeksiyalardan qoruyur: Limon suyu virus mənşəli infeksiyalara qarşı da ən təsirli vasitələrdən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir