Çay süfrəsində qonaqlara təqdim edə biləcəyiniz bu keks şübhəsiz çox bəyəniləcək. “Gencaile.az” limonlu keksin hazırlanma qaydasını sizə təqdim edir.
Tərkibindəkilər:
– 3 yumurta
– 1 stəkan yarım süd
– 1 stəkan yarım əridilmiş yağ
– 3 stəkan şəkər tozu
– 6 stəkan un
– Qabartma tozu
– Vanil
– 2 ədəd limonun rəndələnmiş qabığı
Hazırlanması:
Şəkər tozu və yumurtanı köpük halına gəlib ağarana kimi mikserlə çalın. Digər ləvazimatları da əlavə edib xəmiri hazırlayın. Qabı yağlayıb hazırladığınız xəmiri üzərinə töküb 160 dərəcədə keksin üzü qızarana kimi bişirin. İçinin bişib-bişmədiyini çöplə yoxladıqdan sonra oddan götürə bilərsiz. Nuş olsun!