LOBYALI SUP

Lobyalı sup necə hazırlanır? – RESEPT

Baxış sayı: 2. 009

Dadlı və nisbətən fərqli sup dadmaq istəyənlər üçün bu resepti hazırladıq. Həqiqətən bəyənəcəyinizə zəmanət veririk. Saglam inqrediyentlərlə hazırlandığı üçün əlavə üstünlüyü var.

 

Tərkibi:

250 qr toyuq döş əti

Zeytun yağı; qızartmaq üçün

1/2 böyük soğan

400 qr ağ və qara lobya

1 çay qaşığı duz

1 çay qaşığı cirə

1 çay qaşığı qırmızı istiot

1 çay qaşığı sarımsaq tozu

3 stəkan isti su

2 yemək qaşığı kərə yağı

2 yemək qaşıq un

1 stəkan süd

 

Toyuqları kub şəklində doğrayın və toyuq qızıl qəhvəyi rəng alana qədər qazanda bişirin. Toyuq üçün, doğranılmış soğanları da əlavə edin və yumşaldılana qədər bişirin.

 

Lobya, bütün ədviyyatları və isti suyu əlavə edin. Şorba təxminən 30 dəqiqə qaynadılmalıdır.

Tavada un və kərə yağını qovurun. Qarışım hamarlaşana qədər qarışdırın. Qarışımı şorbaya əlavə edin. Daha sonra süd əlavə edin və birlikdə şorbanı 10 dəqiqəyə qədər bişirin.

Üzərinə rəndələnmiş holland pendiri də əlavə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir