lobyali toyuq ruleti

Lobyalı toyuq ruleti necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 810

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə lobyalı toyuq ruletinin hazırlanma qaydasından bəhs edəcəyik.

 

Tərkibi

Lobyalı toyuq ruleti.

Lazım olan ərzaqlar:

Toyuq filesi – 500 qr

Baş soğan – 2 ədəd

Lobya – 200qr

Pomidor – 2 ədəd

Kök – 2 ədəd

Bitki yağı

Duz, istiot

 

Hazırlanma qaydası:

Axşamdan isladılmış lobya bişirilir, suyu süzülür. Baş soğan xırda doğranır və yağda qızardılır, üzərinə xırdalanmış kök, qabığı soyulmuş pomidor və lobya əlavə olunub birlikdə qovrulur. Duz və istiot vurulur.

Toyuq filesi streçin arasında döyülür, düzlanır və istiotlanır. İçlik toyuq filesinin üzərinə yığılıb rulet şəklində bükülür və yağ əlavə edlmiş formaya yerləşdirilir. Rulet əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir