“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə lobyalı toyuq supunun hazırlanmasından bəhs edəcəyik.
Ərzaqlar:
Toyuq filesi – 300-350 qr
Konservləşdirilmiş lobya (evdə qaynadılmış da ola bilər) – 200 qr
Öz şirəsində pomidor – 400 qr
Bolqar bibəri – 1 ədəd
Yerkökü – 1 ədəd
Soğan – 1 ədəd
Yaşıl soğan – 2-4 budaq
Sarımsaq – 2 diş
Bitki və ya kərə yağı – 2 xörək qaşığı
Şəkər – 1 çay qaşığı
Duz – zövqə görə
Üyüdülmüş qara bibər – 1 çimdik
Üyüdülmüş qırmızı bibər – 1 çimdik
Üyüdülmüş paprika – 1 çimdik
Dəfnə yarpağı – 2-3 ədəd

Hazırlanması:
Toyuq filesini yuyun və kiçik tikələrə bölün. Yağı qazanda və ya qalın dibli bir tavada qızdırın, toyuq filesini yüksək odda təxminən 5-7 dəqiqə qızardın. Tərəvəzləri yuyub xırda doğrayın. Soğanı da xırdalayın. Soğan və yerkökünü toyuğa əlavə edin və daha 2-3 dəqiqə qızardın. Sarımsağı, bolqar bibərini doğrayıb əlavə edin. Pomidorları soyun blenderə qoyun və püre halına salın.Doğranmış pomidorları və bütün ədviyyatları (duz istisna olmaqla) tavaya əlavə edin. 2 dəqiqə bişirin. Yaşıl soğanı doğrayın. Yumşaq lobya və doğranmış yaşıl soğanı tavaya əlavə edin, qarışdırın, bişirin. Şorbanın qatılığını tənzimləyərək qaynar su tökün. Duz və dəfnə yarpağı əlavə edin. Qarışdırın və qapaq altında vam odda daha 10-12 dəqiqə bişirin.
Hazırladı: Məsudə Sultan










































































































































































